İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə125/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 190 ____________________________ 
Kopparberget mis mədənidir. Korporasiya İsveç korolu 
Maqnus Erikssonun razılığı ilə 1347-ci ildə yaradılmışdı. 
XVII əsrdə müstəmləkə ekspansiya dövründə 
(ekspansiya - genişlənmə, yayılma anlamını verir və 
imperialist dövlətlərin yeni torpaq, müstəmləkə və bazarlar 
əldə etmək məqsədilə öz siyasi və iqtisadi nüfuzunu başqa 
ölkələrə yaymaq üçün yeritdikləri təcavüzkar siyasət kimi 
qəbul edilir) çoxlu sayda Avropa ölkələri yaradılmış 
korporasiyalara müstəmləkə ölkələri ilə biznes əlaqəsi 
qurmağa şərait yaratdı. Bu şirkətlər müasir korporasiyaların 
yaradılmasına örnək oldular. Nümunə olaraq belə 
korporasiyalara Holsand Ost-Hindistan şirkətini və Qudzon 
zalifi şirkətini göstərmək olar. 
Korporasiya (yeni latın dilində “corporatio” deməkdir, 
birləşmə anlamını verir) hüququ şəxsin yaratdığı şirkət və ya 
firma növlərindən biridir. Korporasiyanın üstünlüyü onun 
uyuşanlığı 
və 
məsrəfin 
azaldılması 
imkanlarının 
axtarılmasıdır.
1998-ci il. 
Kaliforniyalı iki yeniyetmənin yazdığı virus Pentaqonun 
500-dən artıq kompüterini sıradan çıxardı. Bu münaqişədən 
sonra ABŞ Müdafiə Nazirliyində belə bir nəticəyə gəldilər ki, 
kiberfəzadakı hücumlar ənənəvi döyüşdən heç də az təhlükəli 
deyildir. Hərbi analitiklər ilk dəfə “kompüterin qızğın 
silahlanması” terminindən istifadə etdilər. 
1999-cu il. 
İlk dəfə dünya miqyasında kompüter virusu epidemiyası 
baş verdi. Melissa adlı virus 10 minlərlə kompüteri 
yoluxduraraq ölkəyə 80 milyon dollar ziyan vurdu. Bu 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 191 ____________________________ 
münaqişədən sonra antivirus proqramlarına tələb kəskin 
şəkildə artdı. 
2000-ci il. 
Melissa virusunun rekordunu I Love You! virusu qırdı. Bu 
virus bir-neçə saat ərzində milyonlarla kompüteri yoluxdurdu. 
İstintaq aşkar etdi ki, bu virusu filippinli tələbə yazıb və heç bir 
cəza almayıb. Çünki Filippin qanunları bu cür əməllər üçün heç 
bir cəza nəzərdə tutmamışdı. Həmin il kompüter viruslarına 
qarşı beynəlxalq razılaşma imzalandı. 
DOS-a edilmiş hücumlar nəticəsində onlarla populyar 
saytlar, o cümlədən, Yahoo, eBay, Amazon şəbəkədən vurulub-
çıxarıldı, çünki İnternet-server elə böyük yüklənmələrə məruz 
qaldı ki, sonda server imtina edəsi oldu. Hücum mexanizmi 
belə idi: 10 minlərlə kompüter yoluxduruldu ki, bunun 
nəticəsində də hücuma məruz qalan saytlar şəbəkədən 
vurulub-çıxarılsın. İstintaq göstərdi ki, hücum Kaliforniya 
universitetinin 
tədris 
mərkəzində 
istifadə 
olunan 
kompüterlərdən həyata keçirilmişdir. Lakin ziyankarlar aşkar 
edilmədiyindən məsələ həll edilməmiş qaldı. 
2001-ci il. 
20 yaşlı hollandiyalı Yan De Wit Anna Kornikova adlı 
məşhur virus yaratdığına görə mühakimə edilərək 150 saatlıq 
islah işləri ilə məşğul olmağa məcbur edildi. Məhkəmə etiraf 
etdi ki, bu virusun Niderland iqtisadiyyatına vurduğu ziyanı 
dəqiq müəyyən etmək mümkün deyildir. De Vitdən 7,5 minlik 
virus kolleksiyası da müsadirə edildi. De Vit hakimə bildirdi ki, 
yazdığı proqramın virus olduğundan və belə bir ziyan vura 
biləcəyindən xəbəri olmamışdır. 

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin