İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 196 ____________________________
ötürülən məlumatların məzmunu və s. göstərilə bilər. Toplanan
informasiya spyware proqramları ilə əvvəlcədən təyin edilmiş
ünvana ötürülür.
Beləliklə, spyware proqram təminatı
potensial olaraq
məxfi informasiyanın sızması kanalı kimi işləyir.
Adware
proqram
təminatı
istifadəçilərin
işçi
stansiyalarında reklamların görünməsini təmin etmək üçün
nəzərdə tutulmuşdur. Bu proqram təminatı bilavasitə ziyankar
olmasa da, spyware proqram təminatının ziyankar əməllər
törətməsi üçün şərait yarada bilir.
Bir
qayda olaraq, virus hədələri öz həyat tsiklinin
(dövrünün) 4 mərhələsinin birində ola bilir.
Birinci mərhələ sistemin zəif yerinin təyin edilməsidir. Zəif
yer həm təşkilati-hüquqi, həm də proqram-aparat təminatı ilə
bağlı ola biləndir.
İkinci mərhələ sistemin zəif yerindən virus hücumu üçün
istifadə edilməsidir.
Bu mərhələdə virus
host
lardan birini
yoluxdurur.
Üçüncü mərhələ virusun işə başlamasıdır. Bu mərhələdə
hədəf kompüter arzuolunmaz davranışlara başlayır.
Dördüncü
mərhələ
virusun
kompüter
mühitində
yayılmasıdır. Bu mərhələdə növbəti kompüterin zəif yeri təyin
edilir və yuxarıdakı mərhələlər
növbəti kompüterdə həyata
keçirilir.
AÇIQLAMA
:
Hostinq (ingiliscə hosting) informasiyanı
daim şəbəkəyə qoşulmuş serverdə (adətən İnternetdə)
yerləşdirmək üçün nəzərdə tutlan xidmətlərin təqdim olunma
resurslarıdır. Adətən hostinq sayta göstərilən xidmət paketinə
daxil olur və serverdə yerləşmiş sayt fayllarına minimum
xidmət göstərir.