İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 205 ____________________________
sonra istənilən proqramçı daim dəyişən kodla polimorf virus
yarada bilirdi. Belə vəziyyətdə kod emulyatorundan istifadə
etmək zərurəti yaranmışdı. Sistem polimorf virusun şifrələnən
hissəsini açıb virusun daimi hissəsini müəyyən etməli idi.
Emulyatora malik ilk antivirus proqramını da (AVP) Yevgeniy
Kasperskiy yaradır. Həmin dövrdə kod emulyatorlarından başqa
kriptotəhlil, statistik təhlil,
evristik təhlil və davranış
blokiratorları kimi virusdan müdafiə sistemləri yaradılır.
AÇIQLAMA :
Evristika (qədim yunan sözü εὑρίσκω –
“axtarıram”, “açıram” deməkdir) insan təfəkkürü ilə dərk
edilməyən yaradıcılığı öyrənən elm sahəsidir. Evristika
psixologiya, fiziologiya, kibernetika və digər elm sahələri ilə
əlaqəlidir, amma elm sahəsi kimi hələlik tam şəkildə
formalaşmamışdır. Qədim Yunanstanda evristika dedikdı
Sokrat tərəfindən həyata keçirilən tədris sistemi başa
düşülürdü. Evristika anlayışından yunan riyaziyyatçısı
Pappanın “Məsələni həll etmə bacarığı” əsərində istifadə
edilmişdir (bizim eradan əvvəl 300 - ci il).
Evristik metodların intensiv axtarışı və yaradılması
XX
əsrin ikinci yarısına təsadüf edir. Sonrakı illərdə elm
sahəsindən mühəndislər və digər yaradıcı işçilər, həmçinin
psixologoya və beynin fiziologiyası sahələrində də istifadə
olunmuşdur.
1998-ci ildə iki amerikalı yeniyetmənin yaratdıqları virus
ABŞ müdafiə nazirliyinin 500-dən çox kompüterinə yoluxandan
və nəticədə nazirliyin işi praktik olaraq iflic vəziyyətinə
düşəndən sonra dövlət də, cəmiyyət də başa düşməyə başladı
ki, kompüter viruslarının törədə biləcəyi təhlükə kütləvi qırğın
silahlarının törətdiyi təhlükədən az olmaya bilər.