İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə137/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 209 ____________________________ 
sertifikatlaşdırılması ilə məşğul olan) beynəlxalq assosiasiyanın 
sertifikatını almışdır. 
Proqramın adı “avast” ingiliscə “anti-virus advansed set” – 
“qabağa çəkilmiş antivirus yığımı” mənasını verən ifadənin 
qısaldılmış formasıdır. Nədənsə ingilis dilində dayan! mənasını 
verən avast sözünün də olmasına uzun muddət fikir verən 
olmayıb.
Avast! Free ən populyar pulsuz antivirus hesab edilir. 
Dünya üzrə avast! antivirus istifadəçilərinin sayı təxminən 200 
milyona çatır. 1995-ci ildən başlayaraq Avast firması təkcə 
antivirus məhsulları yaratmaqla məşğuldur. 
2010-cu ilə kimi bu firma ALWIL Software adlanırdı. 2010-
cu ildə bu firmanın adını dəyişdirib AVAST Software qoydular. 
Bu firma 1988-ci ildə işə yeni başlayanda onun əməkdaşlarının 
sayı 5-6 nəfərdən ibarət olub. İndi bu firmada yüzlərlə 
mütəxəssis çalışır. 
Beləlikə, son olaraq qeyd etmək lazımdır ki, hər bir 
kompüter istifadəçisi viruslardan daim müdafiə olunmalı və bu 
məqsəd uğrunda daim mübarizə aparmaq üçün mütləq istifadə 
etdiyi fərdi kompüterinə tanıdığı antivirus proqramını 
yükləməlidir. Yerinə yetirilən bu əməliyyat həm onun 
kompüterdən istifadəsini sadələşdirər, həm də ki, ona məxsus 
olan kompüterdən uzun müddət səmərəli istifadə etməsinə 
imkan verər. 
VİRUSLA MÜBARİZƏ 
Virusla mübarizə aparmaq üçün xüsusi proqram 
təminatından – 
antivirusdan istifadə edilir.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 210 ____________________________ 
İndiki zamanda antivirusların müxtəlif növlərinə rast 
gəlmək mümkündür və onlar aşağıdakı funksiyaları yerinə 
yetirirlər: 

Proqramlar-detektorlar operativ yaddaşda və fayllarda 
virus üçün xarakterik olan kodların (siqnaturların) 
axtarışını həyata keçirirlər. Virus tapıldıqda uyğun 
məlumatı bildirirlər; 

Proqramlar-doktorlar və ya faqi. Bunlar da virusa 
yoluxmuş faylları axtarıb tapır və onları “müalicə” edirlər, 
yəni faylı əvvəlki vəziyyətinə qaytarırlar. Faqların 
arasında yarımfaqlardan da istifadə olunur. Yarımfaqlar 
və yaxud proqramlar-doktorların təyinatı ondan ibarətdir 
ki, onlar böyük sayda virusları tapmaqla yanaşı onları 
məhv də edirlər; 

Revizorlar (və ya müfəttişlər) obyektin yoluxmamışdan 
qabaqkı vəziyyətini yadda saxlayır və mütamadi olaraq 
cari vəziyyəti başlanğıc vəziyyətlə müqayisə edirlər; 

Proqramlar-süzgəclər və ya rezidentlər (yaxud da daim 
işləyənlər) kompüter işləyən zaman onda baş vermiş 
şübhəli fəaliyyəti (viruslara xarakterik olan fəaliyyəti) 
aşkar etmək üçündür. 

Vaksinlər rezident proqramlardır, faylların virusa 
yoluxmasının qarşısını alırlar. 
Müasir antivirus proqramları çoxfunksiyalı proqram 
kompleksidir, əsas vəzifələri virusu tapmaq, müalicə etmək 
(yəni kanarlaşdırmaq), həmçinin onun kompüterə daxil 
olmasına maneçilik etməkdir. 
Müasir antivirus proqramları iki rejimdə işləyir. 
Monitor rejimində antivirus daim işləyir, sistemin fayla 
müraciətini izləyir, prosesə daxil olmaqla bu faylların yoluxma 
predmetini yoxlayır. Deməli, virusun fayla düşməsi üçün etdiyi 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin