İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə156/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

İstifadədə sadəlik
. İnternet-texnologiyadan istifadə 
etmək üçün personalın xüsusi olaraq öyrədilməsi tələb edilmir.
Lokal şəbəkələrin qlobal şəbəkəyə birləşdirilməsi üçün 
xüsusi kompüterlərdən (marşrutlaşdırıcılardan və şlüzlərdən)
istifadə olunur. Onların köməyilə lokal şəbəkə şəbəkələrarası 
rabitə kanalına birləşdirilir. Marşrutlaşdırıcılar və şlüzlər lokal 
şəbəkəni fiziki olaraq bir-biri ilə birləşdirir. Bu zaman xüsusi 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 237 ____________________________ 
hazırlanmış proqram təminatından istifadə olunur ki, onun da 
köməyilə verilənlər bir şəbəkədən digərinə ötürülür. Qlobal 
şəbəkə mürəkkəb şaxələnmiş struktura və bolluca (çoxlu 
miqdarda) əlaqələrə malikdir. Marşrutlaşdırıcılar və şlüzlər 
qlobal şəbəkələrdə verilənlərin ötürülməsi zamanı optimal 
axtarışı təmin edir və bununda nəticəsində məlumatlar axınının 
maksimal sürəti əldə olunur. Lokal şəbəkələr arasında yüksək 
sürətli rabitə kanalı optik-lifli kabellərdən və ya peyk rabitə 
kanalından istifadə edilməsi nəticəsində əldə olunur. Bəzi 
hallarda şəbəkələr arasında əlaqəni yaratmaq üçün misdən 
hazırlanmış telefon xətlərindən istifadə edilir. 
İnternet şəbəkə texnologiyasından istifadə etməklə 
korporativ kompüter şəbəkələrinin qurulması üçün ən əvvəl 
TCP/IP protokolundan istifadə edilməlidir. Bu verilənlərin nəql 
edilməsinə və Veb-texnologiyadan istifadəyə imkanlar yaradır. 
ISO/OSI MODELİ VƏ TCP/IP PROTOKOLAR YIĞIMI
Kompüter şəbəkələrini yaradan zaman əsas məsələ 
elektriki və mexaniki xarakteristikaya malik olan avadanlıqların 
müştərək (bir yerdə) işləməsinin təmin edilməsi, kodlaşdırma 
və 
verilənlərin 
formatlanması 
sisteminin 
informasiya 
təminatının (proqramlar və verilənlər nəzərdə tutulur) 
uyuşanlığıdır. Bu məsələlərin həll edilməsi standartlaşdırma 
sahəsinə aiddir. Kompüter şəbəkələrində standartlaşdırmanın 
metodoloji əsasları qarşılıqlı əlaqəsi olan şəbəkə avadanlıqların 
yaradılmasına çoxsəviyyəli yanaşmadır. Belə yanaşmanın 
əsasını 1980-cı ildə Ümumdünya Standartlar Təşkilatı (ISO – 
International Standards Organization) tərəfindən hazırlanmış 
və təklif olunmuş texniki təkliflər təşkil edir. Bu baxımdan ISO 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin