İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 244 ____________________________
verilənləri bazasının təsnifatı müəyyən olunmuşdur. MIB
(Management İnformation Base) təsnifatı verilənlər bazası kimi
məşhurdur. MIB o verilənlərin elementlərini müəyyən edir ki,
onları idarə edici qurğular yaddaşlarında saxlayırlar və onlar
üzərində əməliyyatların aparılması istifadəçi üçün əlçatandır.
Nəql səviyyəsində (Transport) TCP/IP stekində (həm də
əsas səviyyə adlanır) TCP protokolu və UDP protokolu fəaliyyət
göstərir.
Ötürməni idarə edən TCP protokolu (Transport Control
Protocol) sonuncu iki düyün arasında etbarlı informasiya
mübadiləsi məsələsini həll edir. Protokolu bir çox hallarda
“quraşdırılmış birləşmə” protokolu da adlandırırlar. Belə
adlandırılmaya əsas səbəb odur ki, protokolun köməyilə əlaqə
yaradan iki düyün bir-birinin arasında “müqavilə bağlayırlar” ki,
verilənlər axınını öz aralarında dəyişəcək və dəyişdikləri
verilənlər axınlarını idarə edəcəklər. TCP protokoluna uyğun
olaraq göndərilən verilənlər çox da böyük olmayan paketlərə
uyğun “kəsilir”, sonra hər bir paket elə bir şəkildə markalanır
ki, həmin paketlər istifadəçinin kompüterinə daxil olduqda
(markalanmaya uyğun) istifadəçi tərəfindən lazımi səviyyədə
istifadə oluna bilsin.
UDP istifadəçisinin deytaqram protokolu (User Datagram
Protocol) tətbiqi paketlərin deytaqram üsulu ilə ötürülməsini
təmin edir, yəni düyündən düyünə ötürülən informasiya bloku
(paketi) təhlil edilir və asılı olmayan informasiya vahidi
(deytaqram) kimi yayılır. Bu zaman UDP protokolu şəbəkə
protokolu və çoxsaylı tətbiqi proseslər arasında birləşdirici
həlqə funksiyasını yerinə yetirir. UDP protokolunun üstün
cəhətlərindən əsası onun əlavələri ayırma “bacarığı”nın olması
və informasiyanı əlavədən əlavəyə çatdırma imkanının
olmasıdır.