İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 245 ____________________________
Şəbəkəarası qarşılıqlı əlaqə səviyyəsi (İnternet) birləşməni qurmadan paketlərin komutasiya konsepsiyasını
həyat keçirir. Bu səviyyənin əsas protokolu IP ünvan protokolu
hesab olunur. Protokol əvvəlcə həm lokal, həm də ki, qlobal
birləşdirilmiş çoxlu sayda lokal şəbəkələrdən ibarət olan
şəbəkənin tərkibində paketlərin ötürülməsi üçün layihə
edilmişdi.
IP protokolunun məqsədi ondan ibarətdir ki, İnternet
şəbəkəsinin hər bir istifadəçisi özünəməxsus unikal ünvana (IP
ünvan) malik olsun. Bunsuz TCP - paketlərinin dəqiq işçi yerinə
çatdırılması barədə söz söyləmək olmaz. Ünvan çox sadə
şəkildə (dörd bayt ilə) göstərilir: məsələn, 185.47.39.14.
IP ünvanın strukturu elə şəkildə qurulmuşdur ki, hər hansı
TCP-paketi keçən hər bir kompüter göstərilən dörd rəqəm ilə
paketin hansı yaxın “qonşu”ya göndərilməsini müəyyən edir,
yəni paket göndərilən ünvanın informasiya alıcısına ən “yaxın”
olmasını müəyyənləşdirir. Nəticədə TCP-paketlərinin müəyyən
sayda ünvanlara göndərilməsi yerinə yetirilir.
Nəzərə almaq lazımdır ki, “yaxınlıq” dedikdə coğrafi
yaxınlıq nəzərdə tutulmur. Burada rabitə kanalının buraxma
qabiliyyəti və əlaqə şərtləri hesaba alınır. Məsələn, müxtəlif
qitədə yerləşən iki fərdi kompüter bir-biri ilə peyk əlaqəsi
yaratdığına görə onları bir-birinə yaxın birləşmiş sayırlar, nəin
ki, telefon xəttilə bir-biri ilə əlaqə saxlayan, iki qonşu şəhərdə
yerləşən kompüterlər.
Qeyd etmək lazımdır ki, hansı kompüterlər bir-birinə
“yaxın”dır, hansılar uzaq məsafədə yerləşirlər, bu sualların
hamısı marşrutlaşdırıcılar vasitəsilə həll olunur. Marşrutlaşdırıcı
rolunu şəbəkənin düyün serverində qoşulmuş xüsusi kompüter,
ya da ki, xüsusi hazırlanmış proqram oynaya bilər.