İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 23 ____________________________
15.Unikal
fiziki
xarakteristikaları
olan
istifadəçi
terminallarından icazəsiz istifadə edilməsi (məsələn, şəbəkədəki
işçi stansiyanın nömrəsindən,
fiziki ünvandan, rabitə
sistemindəki ünvandan, kodlama aparat bloklarından və s.);
16.Kriptoqrafiyadan
istifadə
etməklə
şifrələnmiş
informasiyanın açıqlanması;
17.Rabitə xəttinə qeyri-qanuni qoşulmaqla informasiyanı
təhlil etməklə lazım olan “sətirlərarası” məlumatlardan
bəhrələnmək və bu məqsədlə bu sahənin sahibinin adından
istifadə etmək;
18.Şəbəkədən qanuni istifadə
edən işçiyə mane olmaq
üçün qeyri-qanuni yolla onu şəbəkədən fiziki şəkildə ayırmaqla
lazım olan informasiyanı əldə etdikdən sonra həmin
informasiyanı mənasız, yalanlardan ibarət olan informasiya ilə
əvəz etmək.
Aparılmış tədqiqatlar göstərir ki,
pisniyyətli işçilər öz
əməllərini şirkət daxilində həyata keçirmək üçün öndə
göztərilmiş yollardan ya birini seçir, ya da ki,
onun üçün
əlverişli olanlardan (bir neçəsindən) istifadə edirlər.
AÇIQLAMA
:
Rekvizit (latınca requisitum) sözü bizim
dilimizə latın dilindən gəlmədir, “tələb edilən”, “lazım olan”
anlamını verir. Rekvizit sözü çoxmənalıdır və harada istifadə
edilməsindən asılı olaraq mənasını dəyişir. Qədim
zamanlarda rekvizit kəlməsi
küçələrdə təşkil edilmiş
tamaşaların gedişi zamanı aktyorlara lazım olan butafor
əşyalarını (səhnə ləvazimatı hazırlayan usta butafor adlanır)
işarə etmək üçün istifadə olunurdu. İndiki zamanda kino
çəkilən meydançalarda istifadə edilən ləvazımatları da
rekvizit adlandırırlar.
Köhnə sənəd qüvvəsini itirdikdə onun yerinə yeni