İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 273 ____________________________
Xidmətdən imtina
. Şəbəkəni tam iflic vəziyyətinə
salmaq üçün DoS növlü hücumdan (Denial of Service) –
xidmətdən imtina hücumundan istifadə olunur.
Xidmətin
məqsədi istifadəşinin şəbəkə resurslarına daxil olmasına
maneçilik etməkdir. Naqilsiz sistemlər belə hücumlara
həssasdırlar. Naqilsiz şəbəkədə fiziki səviyyə dedikdə əlçatanlıq
nöqtəsi ətrafında abstrakt mühit başa düşülür. Pisniyyətli insan
ona məxsus olan avadanlığı işə salmaqla
bütün işçi spekteri
maneələrlə və qeyrileqal trafiklərlə doldurub işə tam maneçilik
edə bilər. Bu məsələnin həll edilməsi pisniyyətli insan üçün heç
bir çətinlik törətmir.
Beləliklə, fiziki səviyyədə DoS hücumun həyata
keçirilməsini sübuta yetirmək mümkün deyil.
“
İnsan ortada
”
növlü hücum
. Bu növ hücumu naqilsiz
şəbəkələrdə həyata keçirmək
naqilli şəbəkələrdə həyata
keçirməkdən daha asandır, çünki naqilli şəbəkədə ona
müəyyən əlçatanlığın müəyyən növünün realizə olunması tələb
olunur. Adətən bu növ hücumdan rabitə əlaqəsinin tamlığını və
konfidensiallığını dağıtmaq üçün istifadə edilir.
MITM hücumu
digər hücumlara nisbətdə daha mürəkkəbdir. Belə hücumları
yerinə yetirmək etmək üçün şəbəkə haqqında ətraflı
informasiyanın olması vacibdir. Pisniyyətli insanlar adətən
şəbəkə resurslarından birinin identifikasiyasını dəyişirlər.
Pisniyyətli insan qulaqasma və qeyrileqal yolla verilənlər axınını
əldə etməklə
verilənlərin məzmununu dəyişir, digər hostu
imitasiya etmək üçün MAC-ünvanı digəri ilə əvəz edir və s.
Dostları ilə paylaş: