İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


TƏHLÜKƏSİZLİK PROSEDURLARI



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə200/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   196   197   198   199   200   201   202   203   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

TƏHLÜKƏSİZLİK PROSEDURLARI
Təhlükəsizlik proseduru təhlükəsizlik siyasətinə lazımlı və 
əsas əlavə kimi hesab edilir. Təhlükəsizlik siyasəti nəyin 
müdafiə edilməsini və müdafiə qanunlarından hansıların əsas 
olmasını müəyyən edir. Təhlükəsizlik prosedurları resursları 
(siyasəti yerinə yetirən mexanizmi, daha doğrusu təhlükəsizlik 
siyasətini necə həyata keçirməyi) necə müdafiə etməyi 
müəyyən edir. 
Əslində təhlükəsizlik prosedurları operativ məsələləri 
addım ba addım necə həll etmək üçün təlimatdır. Prosedurun 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 299 ____________________________ 
bir həssəsi siyasəti real fəaliyyətə çevirmək üçün alətdir. 
Məsələn, parolların formalaşdırılması siyasəti parolların 
qurulması qanunlarıdır, bura parolu necə müdafi etmək, onu 
tez-tez necə dəyişmək və s. aiddir. Parolların idarə edilməsi 
proseduru yeni parolun yaranmasını izah edir, bununla yanaşı 
kritik vəziyyətdə parolu dəyişən zaman ona təminat da verir.
Təhlükəsizlik ilə bağlı olan bir çox prosedurlar istənilən 
bölmədə standart vəsaitlər olmalıdır. Məsələn, ehtiyyat üçün 
surəti alınmış material və sistemdən kanar onun müdafiə 
olunmaqla yaddaşda saxlanılması, loginin və istifadəçi 
parolunun arxivləşdirilməsi, istifadəçi işdən azad olduqda ona 
məxsus parolun ləğv edilməsi və s. halları nümunə kimi 
göstərmək olar. 
Aşağıda hər bir təşkilat üçün əsas sayılan təhlükəsizlik 
prosedurları verilmişdir. 
Baş vermiş hadisələrə reaksiya verən prosedurlar
bir çox müəssisələr üçün əsas təhlükəsizlik vasitələri sayılır. 
Müəssisə onun şəbəkəsinə kanardan müdaxilə edildikdə və ya 
bədbəxt hadisə baş verdikdə ciddi ziyana düşmüş olur. 
Belə prosedurları bəzən 
hadisələrin təhlili proseduru və ya 
baş vermiş hadisəyə reaksiya verən prosedur adlandırırlar. 
Təcrübə göstərir ki, baş vermiş qayda-qanun pozuntularına 
cavab vermək mümkün deyil, amma bəzi pozuntular vardır ki, 
onlar baş verməmiş qarşısını almaq vacibdir. Məsələn, şəbəkə 
portlarının skanerə edilməsi, “xidmətdən imtina” hücumunun 
vaxtında yoluna qoyulması, hostun nüfuzdan salınması, 
qeyriqanuni əlçatanlıqla mübarizə və s. nümunə göstərilə bilər. 
Prosedur aşağıdakıları müəyyən edir: 

Reaksiya vermə komandası üzvlərinin vəzifələri

Hansı informasiyanı qeyd etmək və izləmək; 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin