İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 74 ____________________________
1.
Açarın uzunluğu. Açarın uzunluğu alqoritmlə nəzərdə
tutulmuşdan uzun olarsa, seçimi etmək də bir o qədər
mürəkkəb olacaqdır. İndiki zamanda açarın uzunluğunun 1024
bitdən az olmaması nəzərdə tutulur.
2.
Blokun ölçüsü. Blokun ölçüsü böyük olduqca, şifrələmə
də bir o qədər etibarlı alınır, amma şifrələmə/deşifrələmə
əməliyyatının yerinə yetirilmə sürəti bu halda aşağı düşür.
3.
Raundların təhlil olunma sayı. Hər bir yeni təhlil olunma
raundundan sonra şifrələmənin etibarlığı yüksəlir.
4. F raund funksiyası – funksiya mürəkkəbləşdikcə,
şifrənin kriptotəhlili bir o qədər çətinləşir.
5. K
i
aralıq açarının hesablanma alqoritmi.
Şəkil 11. Feystel şifrəsinin köməyilə i-ci raundun şifrələnmə
sxemi
DES alqpritmi
.
Uzun müddət ən məşhur simmetrik şifrələmə alqoritmi
DES (Data Encrypting Standart) sayılırdı (alqoritm 1977-ci ildən
istifadə edilməyə başlanmışdır). Alqoritm Faystel şifrəsinin
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 75 ____________________________
struktur bazasına söykənir. Alqoritm 64 bitlik bloka və 56 bitlik
açara malikdir.
F raundun funksiyası səkkiz S-matris adlanan toplumdan
bəhrələnir. Hər bir matris 4 sətirdən ibarətdir, hər bir sətir isə
0-dan 15-ə qədər rəqəmlərin (uyğun olaraq 16 sütundan)
yerdəyişməsindən ibarətdir. Matrislər sərt verilmişdir. Hər bir
matris 6 bitlik girişə malikdir və 4 bitlik nəticə verir. Girş
kəmiyyətinin birinci və axırıncı biti matrisin sətirini, yerdə qalan
dördü isə sütunlarını əks etdirir
.
Hesablamada ikilik say
sistemindən istifadə olunur, sətirlərin və sütunların kəsişməsi
çevrilmənin nəticəsi olacaqdır. Burada F çevrilməsi aşağıdakıları
özündə əks etdirir:
1. 32 bitlik
R
i
bloku bəzi (bir para) 16 biti xüsusi cədvəlin
köməyindən istifadə etməklə, təkrarlamaq yolu ilə 48 bitə kimi
genişləndirilir.
2.Alınmış nəticə XOR əməliyyatının köməyilə 48 bitlik
K
i
altaçarından istifadə etməklə cəmlənir (üst-üstə yığılır).
3.Cəmlənmənin nəticəsi 8 altıbitlik bloka bölünür və
onlardan hər biri uyğun S –matrisinin köməyilə yaradılır.
4.Nəticədə alınmış 32-bitlik blok dayaqlıq alqoritmində
sərt verilmiş yerdəyişməyə məruz qalır.
AÇIQLAMA
: S –matrisi DES alqoritminin ən şübhəli
(ikimənalı) hissəsi sayılır. Alqoritmin yaradıcıları onun dolma
prinsipini indiyə kimi agah etməyiblər. Sual olunur: nə üçün
bu matris seçilmişdir və alqoritm “gizli gediş”lərə malikdirmi?
Uzun illər boyu alqoritmin “sındırılması”na edilən cəhdlər
səmərəsiz qalmışdır.
Uzun müddət ərzində
DES
ABŞ-ın federal standartı
olmuşdur. Alqoritm lazımı formada “
sürətli axın effektini”
|