İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 9 ____________________________
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ. GİRİŞ
ƏSAS ANLAYIŞLAR
İnformasiya təhlükəsizliyi dedikdə informasiyanın və
informasiya mühitinin təsadüfi və
ya düşünülmüş təbii və ya
süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa
düşülür. Belə təsirlər informasiyaya
və ya informasiya
obyektlərinə, həmçinin informasiya istifadəçisinə və sahibinə
yolverilməz ziyanlar vura bilir.
İnformasiyanın mühafizəsi – informasiya
təhlükəsizliyinin
təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir.
Bu baxımdan dərsliyin mahiyyəti nisbətən cavan, amma
dinamik inkişaf edən informasiya texnologiyaları
sahələrində
istifadə olunan informasiyanın müdafiə olunma modelinin və
üsullarının, həmçinin bu məqsədlə istifadə
edilən vasitələrinin
öyrənilməsi və tədqiq edilməsidir.
İndiki
zamanda
informasiyanın
təhlükəsizliyi
informasiyanın ən çox yayılmış üç əsas xüsusiyyətinə əsaslanır:
konfidensiallıq, tamlıq və əlçatanlıq.
İnformasiyanın konfidensiallığı həddindən artıq məhdud
dairədə olan insanlar ilə tanış olmağın
mümkünlüyünü ifadə
edir. Bu insanlar informasiya sahibləridirlər. Əgər informasiyanı
bu şəxslərdən başqa icazəsi olmayan digər şəxslərdə istifadə
edə bilirlərsə, onda informasiyanın konfidensiallığı itmiş olur.
Bəzi informasiya növləri üçün konfidensiallıq
əsas atribut
sayılır (məsələn, strateji tədqiqatlarla bağlı olan məlumatlar,