İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 172 ____________________________
Yoluxduğu fayllarda öz kodunu gizlətmək üçün prinsipial
yeni fəndlərdən istifadə edən Cruncher virusunu
göstərmək olar.
Virus generatorlarının yeni versiyaları və yeni virus
generatorları (PC_MPC və G2) yaradılır.
Bu dövdrə məşhur
virusların sayı minlərlə idi. Antivirus kompaniyaları polimorf
viruslarla mübarizə üçün bir sıra səmərəli alqoritmlər hazırlaya
bilsələr də çox vaxt yalançı təsirlənmə (işləmə) problemi ilə də
üzləşirdilər. 1994-cü ilin əvvəlində Britaniyada iki mürəkkəb
polimorf virus – SMFG.Pathogen və SMFG.Queeg peyda olur.
Virusun müəllifi BBS stansiyaya yoluxmuş fayllar yerləşdirir. Bu
da epidemiyaya və kütləvi
informasiya vasitələrində
çaxnaşmaya səbəb olur. Virusun müəllifi həbs edilir.
1994-cü ilin yanvarında obyekt modullara (OBJ-fayllara)
yoluxan ilk virus – Shifer, həmin ilin yazında isə C və Pascal-da
yazılmış ilkin proqram mətnlərinə yoluxan SrcVir viruslar ailəsi
meydana çıxır. 1994-cü ilin iyununda OneHalf epidemiyası
başlayır.
1995-ci ildə kifayət qədər mürəkkəb bir neçə virus –
NightFall, Nostradamus, Nutcracker peyda oldu. İlk “ikicinsli”
virus (RMNS və BAT-virus Winstart) yaradılır. ByWay və
DieHard2 virusları geniş yayılır.
Butün dünya üzrə
kompüterlərin bu virusa yoluxması haqqında xəbərlər yayılir.
1995-ci ilin fevralında Windows 95-in beta-versiyası ilə insident
yaşanır. Bütün disklər Form adlı MS-DOS virusa yoluxmuşdu.
1995-ci ildə Windows-un yeni rəsmi versiyası olan
Windows 95 əməliyyat sistemi işıq üzü görur. Bu məsələyə həsr
edilmiş mətbuat konfransında Bill Qeyts söyləmişdi ki, virus
təhlükəsi artıq sona çatmışdır. Həqiqətən də Windows istehsal
olunan zaman əməliyyat sistemi
MS-DOS üçün mövcud olan
viruslara çox davamlı idi. Lakin həmin ilin avqustunda Microsoft