İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 166 ____________________________
1987-ci ilin son virus epidemiyası yeni il qabaği, dekabrın
30-da başladı. Bu virusu (proqramı) İsrailin Yerusəlim
universitetində aşkar edilmiş virus çağırmışdı. Bu virus
əhəmiyyətli fəsadlar törədə biməsə də o, qısa vaxt ərzində
bütün düyaya yayıla bilmişdi.
Virusların yayıldığı ərəfədə qəzet və jurnallarda
informasiya təhlükəsizliyinə həsr edilmiş materiallar nəşr edilsə
də, virusları kompüter istifadəçiləri hələ də oyuncaq,
eksperiment hesab edirdi. Təhlükə o zaman dərk edildi ki,
həmin “oyuncaq” özünü ağıllı orqanizm kimi aparmağa, yəni
qarşısına çıxan hər şeyi yoluxdurmağa başladı. Bu, 1988-ci il
noyabrın 2-də baş verdi. Həmin gün Kornel universitetinin
tələbəsi Robert Morris-oğul qurd-proqram yaradıb işə buraxdı.
Morris qurdu “azadlıqda” artıb yayılan ilk şəbəkə qurdu idi. Bu,
kompüterin bufer yaddaşını doldurub daşıran ilk qurd idi.
Robert Morris
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 167 ____________________________
Ziyanverici “qurd” təxminən saat yarım ərzində 6 minə
yaxın kompüteri yoluxdurmuşdu. Bu hadisə cəmiyyəti şok (iflic)
vəziyyətinə salmışdı, viruslar şəbəkə boyu yayılmaqda idi.
Doğrudur, əvvəlki viruslar da şəbəkə boyu gəzirdi, lakin o
vaxtadək hər 10 kompüterdən birini sıradan çıxarmaq heç bir
virusa müyəssər olmamışdı. Təcili olaraq sistemlərin
təhlükəsizliyi tələblərinə yenidən baxıldı və CERT (Computer
Emergency Response Team – gözlənilməz kompüter
situasiyalarına cavab əmri) kimi institutlar yaradıldı ki, bunlar
da kompüterlərin təhlükəsizliyi ilə məşğul olmağa və virusların
ləğv edilməsi üzrə təkliflər verməyə başladı.
1989-cu ildə DATACRIME virusları geniş yayılmağa
başladı. Oktyabrin 12-dən etibarən bu viruslar fayl sistemini
dağıtmağa başladılar. Bu müddətə kimi isə onlar sadəcə olaraq
çoxalırdılar. Kompüter viruslarının bu versiyası 1989-cu ilin
əvvəllərində Niderlandda, ABŞ-da və Yaponiyada daha geniş
yayılmışdı və həmin ilin sentyabrında təkcə Niderlandda 100
mindən artıq kompüterə (FEHM-ə) yoluxmuşdu. Bu ölkədəki
butün kompüterlərin təxminən 10%-ə qədərini təşkil edirdi.
Hətta IBM firması da bu təhlükəyə reaksiya verdi və VIRSCAN
adlı virus detektoru buraxdı. Bu detektor DATACRIME və digər
viruslar üçün xarakterik olan sətirləri (siqnaturaları) tapa bilirdi.
Siqnaturalar yığımı istifadəçi tərəfindən dəyişdirilə və ona
əlavələr edilə bilərdi.
1989-cu ildə ilk “
troya atı
” AIDS virusu meydana gəldi.
Virus sərt diskdə olan informasiyanı əlçatmaz edirdi və ekrana
təkcə “Hansısa ünvana 189 dollarlıq çek göndərin” ifadəsi
çıxırdı. Proqramın müəllifi çeki reallaşdıranda tutulur və şantaj
maddəsi ilə cəzalandırılır.
|