İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 160 ____________________________
edilir. Ona görə ki, yoluxmuş sektoru oxumağa cəhd edəndə
proqram yoluxmuş sektorun orijinalını (yəni yoluxmamış
variantını) təqdim edirdi.
İkinci
epidemiya
kompüterlərə
ABŞ-ın
Lexaysk
universitetindən noyabr ayında yayılmağa başlamışdı. Həmin
virus bir neçə gün ərzində universitetin hesablama mərkəzinin
kitabxanasına aid olan yüzlərlə disketin və tələbələrin şəxsi
disketlərinin məzmununu məhv etmişdi. Epidemiya müddəti
ərzində dörd mindən çox kompüter bu virusa yoluxmuşdu.
1988-ci ilin may ayının 13-də eyni zamanda bir neçə
universitetdə və firmada “Jerusalem” adlanan virus aşkar
edildi. Həmin gün kompüterə yüklənən fayllar məhv edilmişdi.
Bu, həqiqi epidemiyaya səbəb olan ilk MS-DOS viruslardan biri
idi. Avropada, Amerikada və Yaxın Şərqdə kompüterlərin bu
virusa yoluxması barədə xəbərlər yayıldı.
60 000 baytdan ibarət olan bu proqram UNİX Berkeley
4.3 əməliyyat sistemini zədələmək üçün yaradılmışdı. Virus
yaradılanda əsas məqsəd bu proqramın gizli şəkildə
ARPANET şəbəkəsi ilə əlaqəsi olan hesablama sisteminə daxil olub, ona
zərər vermədən həmin sistemdə aşkar edilmədən qalması
olmuşdu. Bu virusa informasiya sistemində mövcud olan
parolları aşkar edən komponentlər daxil edilmişdi. Bu da həmin
proqrama sistemin leqal istifadəçiləri kimi maskalanmağa
imkan verirdi. Əslində isə proqramın əsas işi çoxalmaq və
sürətləri göndərməkdən ibarət idi. Virus müəllifin fikirləşdiyi
kimi tam təhlükəsiz və qizli qala bilmədi, çünki proqramın
hazırlanma məhələsində bəzi səhvlərə yol verilmişdi və bu da
virusun idarə edilməyən sürətlə özbaşına çoxalmasına səbəb
olmuşdu.