İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə104/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 160 ____________________________ 
edilir. Ona görə ki, yoluxmuş sektoru oxumağa cəhd edəndə 
proqram yoluxmuş sektorun orijinalını (yəni yoluxmamış 
variantını) təqdim edirdi.
İkinci 
epidemiya 
kompüterlərə 
ABŞ-ın 
Lexaysk 
universitetindən noyabr ayında yayılmağa başlamışdı. Həmin 
virus bir neçə gün ərzində universitetin hesablama mərkəzinin 
kitabxanasına aid olan yüzlərlə disketin və tələbələrin şəxsi 
disketlərinin məzmununu məhv etmişdi. Epidemiya müddəti 
ərzində dörd mindən çox kompüter bu virusa yoluxmuşdu. 
1988-ci ilin may ayının 13-də eyni zamanda bir neçə 
universitetdə və firmada “Jerusalem” adlanan virus aşkar 
edildi. Həmin gün kompüterə yüklənən fayllar məhv edilmişdi. 
Bu, həqiqi epidemiyaya səbəb olan ilk MS-DOS viruslardan biri 
idi. Avropada, Amerikada və Yaxın Şərqdə kompüterlərin bu 
virusa yoluxması barədə xəbərlər yayıldı.
60 000 baytdan ibarət olan bu proqram UNİX Berkeley 
4.3 əməliyyat sistemini zədələmək üçün yaradılmışdı. Virus 
yaradılanda əsas məqsəd bu proqramın gizli şəkildə 
ARPANET 
şəbəkəsi
ilə əlaqəsi olan hesablama sisteminə daxil olub, ona 
zərər vermədən həmin sistemdə aşkar edilmədən qalması 
olmuşdu. Bu virusa informasiya sistemində mövcud olan 
parolları aşkar edən komponentlər daxil edilmişdi. Bu da həmin 
proqrama sistemin leqal istifadəçiləri kimi maskalanmağa 
imkan verirdi. Əslində isə proqramın əsas işi çoxalmaq və 
sürətləri göndərməkdən ibarət idi. Virus müəllifin fikirləşdiyi 
kimi tam təhlükəsiz və qizli qala bilmədi, çünki proqramın 
hazırlanma məhələsində bəzi səhvlərə yol verilmişdi və bu da 
virusun idarə edilməyən sürətlə özbaşına çoxalmasına səbəb 
olmuşdu. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin