IT WILL GET ON ALL YOUR DISKS IT WILL INFILTRATE YOUR CHIPS YES, IT'S CLONER IT WILL STICK TO YOU LIKE GLUE IT WILL MODIFY RAM, TOO SEND IN THE CLONER! 1980-ci illərdə artıq yüzlərlə dəyişilmiş fəal viruslar
mövcud idi. Fərdi kompüterlərin meydana çıxması və yayılması
ilə həqiqi epidemiya yarandı. Belə ki, artıq minlərlə virus var idi.
Lakin “kompüter virusu” termini ilk dəfə 1984-cü ildə ABŞ-ın
Lexay universitetində keçirilən informasiya təhlükəsizliyi üzrə
konfransda həmin universitetin əməkdaşı F.Koen tərəfindən
istifadə edilmişdir.
İlk “peşəkar” viruslar xeyli sadə idi və istifadəçidən
gizlənmirdilər, öz dağıdıcı fəaliyyətlərini (faylların silinməsini,
disklərin məntiqi quruluşunun dağıdılmasını) ekrana çıxardıqları
gülməli şəkillərlə və “Kilimancaro dağlarının hündürlüyü neçə
millimetrdir?” kimi mənasız suallarla və “Qeyri-düzgün cavab
daxil edən kimi vinçesterdəki bütün verilənlər məhv
ediləcəkdir!!!” kimi yersiz hədələyici zarafatlarla ört-basdır
edirdilər. Belə virusların aşkar edilməsi asan həll edilən məsələ
idi. Bu viruslar *.com və ya *.exe tipli fayllara qoşulduğundan,
həmin faylların ölçülərini dəyişdirirdi. İlk antiviruslar bu cəhəti
nəzərə alaraq yoluxmuş faylları təyin edirdi.
1984-cü ilin sentyabrında Fred Koenin
fayl virusların müxtəlifliyinin tədqiq edilməsinə həsr edilmiş məqaləsi çap
edilir. Bu virus problemləri ilə bağlı ilk akademik tədqiqat idi.
Virus terminindən istifadəni təklif edən Koenin elmi rəhbəri Len
Adleman olub. Amma “kompüter virusu” termininin müəllifinin
Fred Koen olduğu qəbul edilmişdir. Fred Koen isə özünün
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 157 ____________________________
“Kompüter virusları ilə eksperimentlər” əsərində “kompüter
virusu”
termininin
müəllifinin
L.Adleman
olduğunu
göstərmişdir.
Fred Koen
Leonard Adleman
Apple II üçün digər viruslar A&M Texass universitetinin
tələbəsi Coo Dellincer tərəfindən 1981-ci ildə yaradılmışdı. Bu
virus həmin komüterdə istifadə edilən MS DOS 3.3. -ə
hesablanmışdı. Bu virusun ikinci versiyası onun müəllifinin
xəbəri olmadan digərlərinin də əlinə keçir və bütün universitetə
yayılır. Virusda olan səhv o vaxtlar CONGO adı ilə məşhur olan
populyar oyunun qrafikasını korlayırdı. Nəticədə cəmi bir neçə
həftə ərzində həmin proqramın bütün (pirat) nüsxələri işləyə
bilməyən vəziyyətə düşürdü. Müəllif vəziyyəti düzəltmək üçün
əvvəlki virusun əvəz edilməsi üçün nəzərdə tutulan yeni, səhvi
düzəldilmiş virusu dövriyyəyə buraxır. Virusun mövcudluğunu
yaddaşda “(GEN 0000000 TAMU)” yoluxma sayğacının $B6E8