İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 170 ____________________________
1991-ci ildə öz bədəninin şəklini dəyişə bilən
polimorf
viruslar meydana çıxdı. Windows 95 əməliyyat sistemi praktiki
olaraq belə hücuma hazır olduğunu
bildirdi və firma Windows
95 əməliyyat sisteminin beta-versiyasını 160 testediciyə
payladı. Kompütredə istifadə olunan diskləri antivirusa
yoxlayan firma əməkdaşı bütün disklərin Form adlanan
yükləyici virusla yoluxduğunun şahidi oldu. Halbuki, prinsipcə
yeni əməliyyat sisteminin (Windows 95-in) ilkin təqdimatına
həsr edilmiş mərasimdə onun
hər cür virusdan tamamilə
qorunduğu bildirilmişdi. Bir-neçə aydan sonra bu fikir alt-üst
oldu.
QEYD
:
Polimorfizm (yunanca πολυ - çoxlu + μορφή -
forma, xarici görünüş) kompüter viruslarının skan-sətir (və
ya evristika) vasitəsilə aşkarlanmasını çətinləşdirən
texnikadır. Belə texnikadan istifadə edən virus polimorf
adlanır.
Microsoft Word
sənədlərini yoluxduran ilk
makrovirus
aşkar edildi. Bu, artıq sadəcə qeyri-adi şəkildə icra edilən fayl
deyil, xüsusi ssenari idi. Bir ay ərzində “
Concept” adlı
makrovirus bütün Yer kürəsini dolaşaraq dünyada onlarla
şirkətin mətn redaktorunu iflic etmişdi. Bugün Concept
virusunun 100-ə yaxın modifikasiyası mövcuddur.
QEYD
:
Makroviruslar çoxalma
mexanizminə görə fayl
viruslarından fərqlənmirlər. Bunların əsas xüsusiyyəti icra
edilən faylları deyil, müəyyən formatda olan populyar
sənədləri yoluxdurmaqdır. Virusun təhlükəli olmasının digər
cəhəti ondan ibarətdir ki, istifadəçi əksər hallarda onu virusa
yoluxmuş sanədlərlə birlikdə alır və kompüterini virusa