İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə111/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 171 ____________________________ 
yoluxdurur. 
Makroviruslar bəzi proqramların imkanlarından (mətn, 
qrafik, cədvəl redaktorları, SUBD və s.) istifadə etməklə 
həmin proqramların yaratdığı sənədlərə daxil olur. Bu 
sənədləri 
makroslar – prosedurlar adlandırırlar. 
Makroviruslar özlərini makrodildə yazılmış proqram 
kimi təqdim edir, müəyyən formatda olan sənədlərə yoluxur 
və sənədi açanda avtomatik işə düşürlər. 
İndiki zamanda makroviruslar o qədər də populyar 
deyillər, çünki müasir makrodili dəstəkləyən proqramlar 
makrovirusun sənəddə olması barədə öncədən istifadəçini 
xəbardar edir. Digər tərəfdən makrovirusun işə düşməsinə 
imkan olarsa, bu zaman istifadəçidən təsadüfi hallarda 
proqramın sazlanmasını həyata keçirmək tələb edilir.
1992-ci ildə fərdi kompüterlər (PC) üçün ilk virus 
konstruktorları (VCL), hazır polimorf modullar (MtE, DAME və 
TPE) və şifrələmə modulları yaradıldı. Bu andan başlayaraq hər 
bir proqramçı öz virus proqramına rahatca şifrləmə funksiyası 
əlavə edə bilərdi. 1992-ci ilin sonunda Windows 3.1 üçün 
WinVer adlı ilk virus peyda oldu. 
1993-cü ildə SatanBug virusu Vaşingtonda çoxsaylı 
kompüterlərə yoluxur. Virusun müəllifi 12 yaşlı oğlan idi. 
1993-cü il daha çox virusların fayllara yoluxmaq, sistemə 
daxil olmaq və s. üçün qeyri-adi üsullardan istifadə etməsi ilə 
yadda qalıb. 
Bunlara nümunə kimi: 

Intel 80386 prosessorunun qorunma (təhlükəsiz) 
rejimində işləyən PMBS virusunu; 

Kompanion virusların alqoritm diapazonunu xeyli 
genişləndirən Shadowgard və Carbuscle viruslarını; 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 172 ____________________________ 

Yoluxduğu fayllarda öz kodunu gizlətmək üçün prinsipial 
yeni fəndlərdən istifadə edən Cruncher virusunu 
göstərmək olar.
Virus generatorlarının yeni versiyaları və yeni virus 
generatorları (PC_MPC və G2) yaradılır. Bu dövdrə məşhur 
virusların sayı minlərlə idi. Antivirus kompaniyaları polimorf 
viruslarla mübarizə üçün bir sıra səmərəli alqoritmlər hazırlaya 
bilsələr də çox vaxt yalançı təsirlənmə (işləmə) problemi ilə də 
üzləşirdilər. 1994-cü ilin əvvəlində Britaniyada iki mürəkkəb 
polimorf virus – SMFG.Pathogen və SMFG.Queeg peyda olur. 
Virusun müəllifi BBS stansiyaya yoluxmuş fayllar yerləşdirir. Bu 
da epidemiyaya və kütləvi informasiya vasitələrində 
çaxnaşmaya səbəb olur. Virusun müəllifi həbs edilir.
1994-cü ilin yanvarında obyekt modullara (OBJ-fayllara) 
yoluxan ilk virus – Shifer, həmin ilin yazında isə C və Pascal-da 
yazılmış ilkin proqram mətnlərinə yoluxan SrcVir viruslar ailəsi 
meydana çıxır. 1994-cü ilin iyununda OneHalf epidemiyası 
başlayır.
1995-ci ildə kifayət qədər mürəkkəb bir neçə virus – 
NightFall, Nostradamus, Nutcracker peyda oldu. İlk “ikicinsli” 
virus (RMNS və BAT-virus Winstart) yaradılır. ByWay və 
DieHard2 virusları geniş yayılır. Butün dünya üzrə 
kompüterlərin bu virusa yoluxması haqqında xəbərlər yayılir. 
1995-ci ilin fevralında Windows 95-in beta-versiyası ilə insident 
yaşanır. Bütün disklər Form adlı MS-DOS virusa yoluxmuşdu.
1995-ci ildə Windows-un yeni rəsmi versiyası olan 
Windows 95 əməliyyat sistemi işıq üzü görur. Bu məsələyə həsr 
edilmiş mətbuat konfransında Bill Qeyts söyləmişdi ki, virus 
təhlükəsi artıq sona çatmışdır. Həqiqətən də Windows istehsal 
olunan zaman əməliyyat sistemi MS-DOS üçün mövcud olan 
viruslara çox davamlı idi. Lakin həmin ilin avqustunda Microsoft 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin