İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə107/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 163 ____________________________ 
edilməsini məsləhət görür, bu ideyanın həyata keçməsinə 
üstünlük verir və ideyanı həyata keçirir. 
ARPANET şəbəkəsinin yaradılmasına 1966-cı ildən 
başlanılır. Tədqiqatlar Boston şəhərində yerləşən, Cozef 
Liklayderin rəhbərlik etdiyi BBN firmasına həvalə olunur. 
Layihənin yerinə yetirilməsində Kaliforniya ştatının üç 
universiteti və Yutı ştatının bir universiteti iştirak edir. 
Bir-birindən 600 kilometr məsafədə yerləşən iki 
kompüter arasında ilk əlaqə seansı 1969-cu il, Oktyabr 
ayının 29-da, 21
00
-da baş tutur. Bir terminaldan digər 
terminala ilk ötürülən informasiya “LOGİN” sözü olur. 
Sonrakı illərdə şəbəkəyə daha 4 universitet qoşulur. 
Daha sonra şəbəkənin imkanlarından (1971-ci il) daha 15 
universitet istifadə etməyə başlayır. 1973-cü ildə şəbəkəyə 
Böyük Britaniya və Norveç universitetləri də qoşulur. 
Beləlikılə, şəbəkə ümumdünya statusu alır. 
1990-cı ildə ARPANET şəbəkəsi öz işini dayandırır, çünki 
şəbəkə qarşısında qoyulmuş məsələ artıq öz həllini tapmışdı. 
Şəbəkənin işini onun bazası əsasında yaradılmış yeni şəbəkə 
- İNTERNET şəbəkəsi davam etdirir.


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 164 ____________________________ 
Cozef Liklayder
Pol Baran
Donald Devis
Bob Teylor


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 165 ____________________________ 
Morris soxulcanının törətdiyi bu insidentə (toqquşma, 
hadisə, anlaşılmazlıq, münaqişə) görə ən azı 9 milyon saatdan 
artıq vaxt itkisinə yol verilmişdi. Bu səbəbdən itirilmiş 
məsrəflərin ümumi məbləği 96 milyon dollar təşkil etmişdi. 
Əgər proqram əvvəlcədən dağıdıcılıq məqsədi üçün yaradılmış 
olsaydı zərərin məbləği daha çox ola bilərdi.
Morris soxulcanı 6200-dən çox kompüterə yoluxmuşdu. 
Bu virusun hücumu nəticəsində şəbəkələrin çoxu beş sutka 
müddətinə sıradan çıxmışdı. Şəbəkələr üçün kommunikasiya 
funksiyalarını yerinə yetirən, fayl-serverlər kimi istifadə edilən 
və eləcə də şəbəkə işinin digər təminat funksiyalarını yerinə 
yetirən kompüterlər də sıradan çıxmışdı. 
Morris soxulcanı ilə mübarizədə fərdi kompüter 
istifadəçilərinin işi bir qədər asanlaşdı, çünki fərdi 
kompüterlərdə istifadə olunan platformaların əksəriyyəti və 
əməliyyat sistemləri 
unifikasiya
edildi. Nəticədə Microsoft 
şirkətinin hazırladığı əməliyyat sistemi örtüyü altında işləyən 
Intel-birgəliyi olan kompüterlər bazarda üstünlük qazandı.
Sonrakı hadisələr böyük sürətlə inkişaf etdi. 
AÇIQLAMA

Unifikasiya (latınca unus – bir, facio – 
edirəm, birləşmə) bir-birinə oxşayan (həmahəng) sistemə və 
ya formaya salınma (gətirilmə) anlamını verir. Texnikada 
unifikasiya dedikdə müxtəlifliyin (çoxçeşidliliyin) idarə 
edilməsi (ingiliscə 
variety control, fransızca gestion de la 
diversite) başa düşülür. Texniki unifikasiyanın prinsipləri 
təkcə istehsalda deyil, fəaliyyətin digər sahələrində 
hazırlanaqcaq məmulatdan (məhsuldan), onun tərkib 
hissəsindən və hazırlanma prosesindən ilk növbədə gərəksiz 
(lazımsız, lüzumsuz) olan çoxçeşidliyi kanarlaşdırmaqdır.



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin