İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə109/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 168 ____________________________ 
QEYD

Troya atı ziyanverici proqram olasada 
(viruslardan fərqli olaraq) və özünüçoxaltmaq qabiliyyətinə 
malik deyil. Troya atı faydalı funksiya yerinə yetirən 
proqramların altında gizlənməklə özünü maskalayır. Beləliklə, 
virusunun yayılması bir-başa istifadəçi ilə bağlı olur, çünki o 
belə virusları İnternetdən istifadə edərkən öz kompüterinə 
“çəkmiş” olur. İstifadəçi İnternetə qoşulanda və ya sistem 
resurslarından istifadə edəndə “troya atı”nı işə salan kimi 
lazım olan səlahiyyətləri ona verir. Oxucunun nəzərinə 
çatdırmaq lazımdır ki, bu tip virusun geniş yayılmış özəyi 
texniki ədəbiyyatlarda 
bekdor (backdoor) adlanır və özək 
pisniyyətli istifadəçinin sistemə ziyanvermə məqsədlə istifadə 
etdiyi proqramdan ibarətdir (bəzi hallarda pisniyyətli 
istifadəçi sistemi tam nəzarətdə saxlaya da bilir).
1989-cu ildə həm də antivirus proqram təminatına əks 
təsir göstərən The Dark Averger adlı ilk virus yaradılır. Bu virus 
antivirus proqramının kompüteri yoxladığı müddət ərzində yeni 
faylları yoluxdururdu. 
1990-cı il mayın 4-də Amerikanın “And içmə” məhkəməsi 
virusun müəllifi Morrisə 2 il azadlıqdan şərti məhrum etmə, 
400 saat məcburi ictimai əmək və 10 min dollar məbləğində 
cərimə cəzası kəsdi. 
1990-ci ilin əvvəlində Chameleon adlandırılan ilk polimorf
virus meydana gəldi. Bu texnologiya tez bir zamanda stels-
texnologiya (Stealin) və zirehləmə (Armored) ilə uzlaşdırılmaqla 
yeni viruslara antivirus paketlərə müqavimət göstərə bilmək 
imkanı yaradırdı. 1990-cı ilin ikinci yarısında Frodo və Whale 
adlı iki stels-virus yaradıldı. Bu virusların hər ikisində həddən 
artıq mürəkkəb olan stels alqoritmlərdən istifadə edilmişdi. 9 
Kilobaytlıq Whale proqramında əlavə olaraq şifrələmənin bir 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin