Kompüterlərin tətbiq nəzəriyyəsinin əsasları (KTNƏ) - mühazirə
Müəllim: dos. İsgəndərzadə H.Q.
MÜQƏDDIMƏ
“Kompüterlərin tətbiqi nəzəriyyəsinin əsasları” fənni bilgisayar mühəndisliyi üzrə baza
predmeti olmaqla fənnin tədris olunmasında əsas məqsəd kompüterlərin informasion, riyazi ,
məntiqi əsaslarının öyrənilməsi və bunların əsasında kompüterdə icra olunacaq əməllərin (hesab
və məntiq) mikroproqram qraf təsvirlərinin qurulması, avtomat qraf- sxemlərinə keçid
mərhələlərinin öyrənilməsi ilə əməliyyat qurğusunun strukturunun təyin edilməsindən ibarət
olur. Deməli, fənnin tədrisinin əsas qayəsi riyazi məntiq təsəvvüründən texnikaya keçid
təsəvvürü yaratmaqdan ibarət olur, yəni riyazi məntiqdən texnikaya keçid nəzəriyyəsi öyrədilir.
Obyekt kimi əməliyyatçı avtomatlar (bloklar), onların təşkili mərhələləri və s. məsələlər
nəzərdən keçirilir ki, bu da kompüterin digər funksional qurğularının texniki baxımdan təşkilinin
məntiqi əsaslarının müasir texniki təminatına əsas verir.
Mühazirə-1. İnformasiya haqqında məlumat, informasiyanın ölçülməsi
İnformasiya kibernetikanın əsas anlayışlarından biri olub, hər hansı bir məlumatın, verilənlərin
və s. məcmusunu bildirir. İnformasiya anlayışı elmin dəqiq tərifini verə bilmədiyi anlayış olmaqla
onda iştirak edən tərzi- hərəkətləri göstərməklə (ötürülmə, yadda saxlanılma, çevrilmə) açıqlanır.
İnformasiyanın alınması qeyri-müəyyənliyin aradan götürülməsi məqsədini güdür, yəni
informasiya bilikləri artıran səbəbə çevrlir. İnformasiya kəmiyyətcə müəyyən miqdar vasitəsilə
ölçülür.
Yadda saxlama, ötürmə və çevrilmə obyekti olan istənilən məlumat (xəbər) informasiya
adlandırıla bilər.
İnformasiyanın aşağıdakı əsas xassələrini göstərmək olar:
a) informasiya baxılan məkanda bizi əhatə edən aləm haqqında informasiyanın alınma anına
kimi məlum olmayan bilikdir;
b) informasiya maddi olmayıb, maddi daşıyıcılar olan diskret işarələrdə, siqnallarda və ya
zamanın müxtəlif funksiyaları formalarında təzahür edir;
c) informasiya həm işarələrlə və həm də onların qarşılıqlı düzülüşü ilə əks etdirilə bilər (məs.
“A” və “T” işarələri “ATA” sözündəki informasiyanı verə bildiyi kimi) və həm də uyğun olaraq
avtomobil (A) və troleybus (T) dayanacaqları barədə informasiyanı daşıya bilər;
d) işarələr və siqnallar yalnız onları tanıya bilən qəbuledicilər üçün informasiya (daşıyıcı) kimi
qəbul edilir.
İzah olunanlara istinad edərək bir sıra anlayışları nəzərdən keçirək.
Qəbuledici tərəfindən fərqləndirilə (tanına) bilən real maddi informasiya obyektləri (hərf,
rəqəm, əşya və s.) işarə adlandırılır. Zamana görə dəyişən prosesləri və ya müəyyən təbiətli
kəmiyyətlərin (gərginliyin, elektromaqnit sahəsinin, təzyiqin və s.) rəqslərini siqnal adlandırmaq
olar. İnformasiya nəzəriyyəsində çox vaxt “ işarə” və “siqnal” anlayışları qarşılıqlı birqiymətli
kimi istifadə olunur.
İşarələrdən və ya siqnallardan məlumat adlandırılan ardıcıllıq təşkil oluna bilər. Hər bir
işarə və ya siqnal da elementar məlumat daşıyıcısı ola bilər. Məlumat və ya onların ardıcıllığı
informasiya qəbuledicisi üçün müəyyən informasiya daşıyır.
İşarələr məlumatın (informasiyanın) saxlanması, siqnallar isə ötürülməsi üçün istifadə olunur.
Sonuncu halda, müəyyən qaydaya əsasən, hər bir işarəyə qarşı birqiymətli olaraq müəyyən siqnal
və ya da siqnallar ardıcıllığı qoyulur. Bu qayda kodlaşdırma, alınan siqnal və ya siqnallar ardıcıllığı
isə kod adlanır. Kodlaşdırmaya əks olan proses isə dekodlaşdırmadır.
Real aləmin obyektləri arasındakı birqiymətli əlaqələrin işarələr və ya siqnallarla əks
etdirilməsinə əsaslanan informasiya semantik (məzmun), təlimatdakı işarələr və ya siqnalların
düzülüş xarakterindəki (ardıcıl və qarşılıqlı uyğunlaşma) informasiya isə sintaktik informasiya
adlanır.
Beləliklə, məlumat hər hansı bir maddi sistemin vəziyyəti haqqındakı xəbərlər məcmusudur.
Bu xəbərlər məcmusu, sistemi müşahidə edən şəxs və ya qurğu tərəfindən həmin sistemi bilavasitə
tədqiq etməklə bu xəbərləri toplaya bilməyən digər şəxsə və ya qurğuya ötürülür
(şəkil 1). Müşahidə olunan maddi sistem müşahidəçi və ya qurğu ilə birlikdə informasiya
mənbəyi, müşahidəçilərin nəticələrini qəbul edən şəxs və ya qurğu isə informasiya qəbuledicisi
adlanır.
İnformasiya mənbəyindən qəbulediciyə verilmiş məlumat özündə informasiyanı həm daşıya və
həm də daşımaya bilər. Məlumat, onun əks etdirdiyi hadisə, proses, maddi aləm, vəziyyət və s.
haqqındakı qeyri müəyyənliyi azaldırsa, onda o müəyyən informasiya daşımış olur.
Şəkil 1.Müşahidə olunan maddi sistem
Məsələn, əgər informasiya qəbuledicisinin (bu gün, sabah) baş verəcək hadisənin nəticəsi haqda
həmin anda heç bir xəbəri olmazsa, onda həmin məlumat qəbulediciyə maksimum informasiya
vermiş olur. Çünki bu məlumat hadisənin nəticəsi haqqında həmin ana qədər olan qeyri-
müəyyənliyi aradan qaldırır. Əgər informasiya qəbuledicisinə hadisənin nəticəsinin məhz necə
olacağı barədə təqribi məlumat verilərsə, onda bu məlumat müəyyən (maksimum deyil)
informasiya daşımış olur. Nəhayət, ola bilər ki, baş verəcək hadisənin nəticəsi haqqında
informasiya qəbuledicisinin əvvəlcədən xəbəri vardır. Onda alınmış məlumat heç bir qeyri-
müəyyənliyi aradan qaldırmadığı üçün (sadəcə olaraq burada qeyri-müəyyənlik yoxdur)
informasiya daşımır.
Məlumatların saxlanması, sistemləşdirilməsi və rabitə kanalları vasitəsilə ötürülməsi üçün
kodlaşdırılmadan istifadə olunur. Diskret məlumatı rəqəmlər və ya hərflərin müəyyən ardıcıllığı
ilə göstərmək (təsvir etmək) olar. Hər bir rəqəm və ya hərf müəyyən impulslar məcmusu ilə təsvir
olunur. Bu məcmu kod kombinasiyası adlanır. Kod kombinasiyalarının ümumi miqdarı mümkün
olan məlumatlar miqdarına bərabər və ya ondan böyük olmalıdır.
İndi isə informasiya miqdarının xarakteristikasına baxaq. İnformasiya miqdarının
qiymətləndirilməsi məsələsi qarşıya qoyulduqda, hər şeydən əvvəl ilkin informasiyanın növü
haqqında bilginin olması ortaya çıxır. Ona görə də informasiyanın ölçülməsi, informasiya
anlayışının özünə (başqa sözlə onun mənasına) necə yaxınlaşmaqdan asılıdır. Hal-hazırki dövrə
qədər informasiyaya məna etibarilə müxtəlif cür yanaşmanın üç əsas nəzəriyyəsi mövcuddur.
Statistik nəzəriyyədə informasiyaya onun aradan qaldırdığı qeyri-müəyyənliyin miqdarı
nöqteyi nəzərindən baxılır. Bir qayda olaraq burada informasiyanın mənasına, yəni semantikasına
fikir verilmir. Burada əsasən ayrı-ayrı informasiya kvantları ehtimallarının paylanması və onla-rın
Siqnal {məlumat}
{1,0}
maneə
işarə
İnformasiya
mənbəyi
Ötürücü
kanal
Qəbuledici
Kodlaşdırma
de
kodlaşdırma
əsasında bu və ya digər kvantın daşıdığı informasiya miqdarını qiymətləndirməyə imkan verən
müəyyən ümumiləşdirilmiş xarakteristikaların qurulmasına fikir verilir.
Semantik nəzəriyyədə isə əsasən informasiyanın nə dərəcədə qiymətli olmasına (mənasına,
faydalılığına) fikir verilir. Nəticədə isə informasiyanın qiymətli olmasını onun köhnəlməsi və
qiymətliliyinin miqdarı xarakteris-tikasını sistemdəki idarəetmənin effektivliyi ilə əlaqələn-
dirməyə imkan yaranır.
Üçüncü nəzəriyyə struktur nəzəriyyədir. Burada informasiya vahidi olaraq müəyyən elementar
struktur vahid-kvant götürülür və onlardan istifadə edilərək müxtəlif informasiya massivlərinin
təşkili strukturları (quruluşları) tətqiq edilir. İnformasiya miqdarı isə massivdəki kvantların sayı
ilə ifadə olunur.
Diskret informasiya ötürülən zaman informasiyanın sahə ölçüsü kimi müəyyən məlumatı əks
etdirən kod kombinasiyalarının miqdarı götürülür.
Məlumatdakı xəbərlərin miqdarı üçün formulanı aşağıdakı şərtlər daxilində quraq:
1) ötürülən məlumatlar diskretdir;
2) məlumatlar bərabərehtimallıdır və onlar qarşılıqlı asılı deyildir;
3) mənbənin hasil etdiyi işarələr qarşılıqlı asılı deyildir;
4) say sistemi sonludur.
İnformasiya nəzəriyyəsindəki iki bərabərehtimallı işarənin və ya məlumatın verdiyi xəbərlər
miqdarı infor-masiya miqdarı (vahid-ingilis dilində “binary digit”-ikilik mərtəbə) vahidi olaraq
qəbul olunmuşdur. Hesablama texnikasında informasiya miqdarının ölçü vahidi bitdir. Bit–iki eyni
ehtimallı vəziyyətlərdən birini ayıra bilən informasiya miqdarıdır.
Personal kompüterdə informasiya miqdarı vahidi kimi bayt, yarımsöz, söz, ikiqat söz götürülür.
Dostları ilə paylaş: |