Kompüterdə mənfi işarəli ədədlərin təsvir edilməsi üçün üç növ kodlardan istifadə edilir: düz,
əks və tamamlayıcı kodlar.
Müsbət işarəli ədədlərin düz, əks və tamamlayıcı kodları bir-birinə
bərabər olduğundan müsbət işarəli ədədlər düz kodda təsvir edilir.
Müsbət və mənfi işarəli a
i
mərtəbəli ixtiyari ikilik və onluq X = + (- ) a
i,
a
i-1, ...,
a
0
ədədinin
kompüterdə düz, əks və tamamlayıcı kodlarda təsvir edilməsinə baxaq.
Ədədlərin təbii təsvir formasından fərqli olaraq onların maşın təsvirində bu kodlarda işarəsini
təsvir etmək üçün ədədin böyük mərtəbəsindən əvvəl onun işarəsi qeyd olunur. Bu zaman müsbət
işarəsi “0” rəqəmi ilə, mənfi işarəsi isə “1” rəqəmi ilə kodlaşdırılır.
Müxtəlif işarəli ədədlərin düz, əks və tamamlayıcı kodlarının alınması qaydaları aşağıdakı
kimidir:
1. Ədədlərin düz kodda təsviri.
a). Müsbət işarəli ikilik və onluq ədədlərin düz kodlarını almaq üçün onların işarə mərtəbəsinə
“0” yazmaq, qalan mərtəbələri isə olduğu kimi saxlamaq lazımdır.
Misal : X= +10101 X= +354
X
D
= 0.10101 X
D
= 0.354
İşarə mərtəbəsindən sonra qoyulan nöqtə işarəsi əlavə heç bir məna kəsb etməyir, yalnız işarə
mərtəbəsini koddan ayırmaq üçün tətbiq edilir.
b). Mənfi işarəli 2-lik və 10-luq
ədədlərin düz kodunu almaq üçün işarə mərtəbəsinə “1”
yazmaq, qalan mərtəbələri olduğu kimi saxlamaq lazımdır.
Misal: X= - 10101 X= - 354
X
D
= 1.10101 X
D
= 1.354
2. Ədədlərin əks kodda təsviri.
a). Mənfi işarəli ikilik ədədin
əks kodunu almaq üçün onun işarə mərtəbəsinə “1” yazmaq və
qalan hər bir a
i
mərtəbəsi əvəzində
a
i
= ( R-1) - a
i
yazmaq lazımdır
(R-say sisteminin əsası). Yəni, 0-ların əvəzinə 1və 1-lərin əvəzinə isə 0 yazmaq lazımdır.
Misal:
X= - 11000
X
Ə
= 1.00111
b). Mənfi işarəli onluq ədədin əks kodunu almaq üçün onun işarə mərtəbəsinə “1” yazmaq və
qalan hər bir a
i
mərtəbəsi əvəzində
a
i
= R- a
i
yazmaq lazımdır (10-luq ədədin əsası R=9).
Misal: X= - 548
X
Ə
=1.451
3. Ədədlərin tamamlayıcı kodda təsviri.
Mənfi işarəli ikilik və onluq ədədlərin tamamlayıcı kodda təsvirlərinin alınması iki mərhələdə
yerinə yetirilır:
a) əvvəlcə ədədin əks kodunun alınması tələb olunur;
b) daha sonra əks kodda alınmış ədədin ən kiçik mərtəbəsinin
üzərinə vahid əlavə etməklə
ədədin tamamlayıcı kodda təsviri alınır.
Misal: X = -11000
X = - 326
X
Ə
= 1.00111
X
Ə
= 1.673
+ 1
+ 1
----------------
---------------
X
T
= 1.01000
X
T
= 1.674
Deməli, müsbət işarəli ikilik və onluq ədədlərin düz, əks və tamamlayıcı kodları bir-birinə
bərabərdir. X
D
= X
Ə
=X
T
Düz, əks və tamamlayıcı kodlar haqqında tam təsəvvür əldə edildikdən sonra bu kodların
köməyilə kompüterdə toplama və çıxma əməllərinin yerinə yetirilməsinə baxmaq olar.
Məlumdur
ki, kompüterdə bütün hesab əməlləri yalnız toplama əməli vasitəsilə reallaşdırılır. Bu baxımdan
kompüterdə X-Y çıxma əməlinin yerinə yrtirilməsi birbaşa mümkün olmadığından onun toplama
əməli ilə icrası aşağıdakı kimi ifadə olunmalıdır.
(X-Y) = (X+Y
əks
) = (X+Y
tam
)
Düz, əks və tamamlayıcı kodlarda toplama zamanı mərtəbələr şəbəkəsinin daşması baş verə
bilər. Müxtəlif işarəli ikilik və onluq ədədlərin cəbri toplanması zamanı daşmanın əlaməti belə
izah edilir ki, cəmin böyük mərtəbəsinə keçid yaransa da onun işarə mərtəbəsindən keçid olmasın.
Bu cür daşma müsbət daşma kimi qəbul edilir. Cəmin işarə mərtəbəsinə keçid olmadıqda işarə
mərtəbəsindən isə keçid yarandıqda bu cür daşma mənfi daşma qəbul edilir. Müsbət daşma zamanı
əməliyyatın nəticəsi müsbət, mənfi daşma zamanı isə əməliyyatın nəticəsi mənfi qəbul edilir.
Əgər həm işarə mərtəbəsinə və həm də işarə mərtəbəsindən keçid yaranarsa, və ya hər iki keçid
olmadıqda, onda daşma baş verməmişdir kimi qəbul edilir.
Beləliklə, düz, əks və tamamlayıcı kodlardan istifadə etməklə ikilik və onluq ədədlər
üzərində cəbri toplama əməlinə bir neçə misal üzərində əyani şəkildə baxaq.
Misal. X = +1010
X
D
= 0.1010
Y = +1101
Y
D
= 0.1101
---------------- ----------------
X+Y = +10111
X
D
+Y
D
=0.10111
Misaldan göründüyü kimi cəmin işarə mərtəbəsinə keçid yaransa da, işarə mərtəbəsindən keçid
alınmamışdır. Bu hal müsbət daşmanı göstərir və ona görə də cəmin işarəsi müsbət qəbul edilir.
Misal . X=+ 0101 X
D
=0.0101
Y= - 1011
Y
Ə
=1.0100
-------------- ----------------
X+Y= - 0110 X
D
+Y
Ə
=1.1001
Burada nə işarə mərtəbəsinə, nə də işarə mərtəbəsindən keçid olmadığı üçün daşma da yoxdur.
Misal. X= -1010
X
Ə
=1.0101
Y= -1101
Y
Ə
=1.0010
------------
---------------
X+Y=-10111
X
Ə
+Y
Ə
=10.0111
+
1
------------------
X
Ə
+Y
Ə
= 0.1000
Burada işarə mərtəbəsinə keçid yoxdur, ancaq işarə mərtəbəsinin özündən keçid yarandığından
bu mənfi daşmaya uyğundur. Ona görə də cəmin işarəsi mənfi olmalıdır.
Ümumiyyətlə,
toplananların hər ikisinin işarəsi mənfi olan halda daşma baş verir [2;4;9].
Qeyd edək ki, kompüterdə əməliyyatın icrası zamanı mənfi və həm də müsbət daşma
yarandıqda kompüter öz işini dayandırır və çıxışa daşmanın əlamətini bildirən uyğun məlumat
verir.
Misal. X= +0101
X
D
=0.0101
Y=- 0011
Y
Ə
=1.1100
------------
---------------
X+Y=+0010
X
D
+Y
Ə
=10.0001
+ 1
--------------------
X
D
+Y
Ə
=0.0010
Bu misalda həm işarə mərtəbəsinə və həm də işarə mərtəbəsindən keçid yaranmışdır ki, bu da
daşmanın olmadığını göstərən əlamətdir. Deməli, əks kodda toplama zamanı işarə mərtəbəsindən
keçid yarandıqda, bu keçid mərtəbəsi atılmır və cəmin ən kiçik mərtəbəsinin üzərinə əlavə edilərək
düzgün nəticə alınır. Buna görə də əks kodda toplamada əməliyyatın yerinə yetirilməsi vaxtı artır.
İkilik və onluq ədədlərin tamalayıcı kodda toplanması qaydası əks kodda toplamadan nisbətən
fərqlidir.
Misal. X= - 0,0010 X
T
= 1.1110
Y= +0,0101 Y
D
= 0.0101
----------------- -----------------
X+Y=+01 1 1 X
T
+Y
D
=10.0011
Tamamlayıcı kodda toplamada işarə mərtəbəsindən keçid yarandıqda əks kodda toplamadan
fərqli olaraq keçid rəqəmi nəzərə alınmadan atılır. Çünki toplananlar tamamlayıcı kodda təsvir
olunduqda vahidin əlavə olunması nəzərə alınmışdır. Bu isə tamamlayıcı kodda əməliyyatın yerinə
yetirilməsi vaxtının azalması kimi izah olunur.
Dostları ilə paylaş: