Şəkil 2.Analoq siqnal Şəkil 3.Diskret siqnal
Ümumiyyətlə, rəqəm hesablama qurğularında informasiyanın yalnız diskret formada təsviri,
idarəetmə sistemlə-rində isə informasiyanın həm kəsilməz və
həm də diskret formalarda
təsvirlərindən istifadə olunur. Çox vaxt müəyyən formada (məsələn, kəsilməz funksiya şəklində)
verilmiş informasiyanı diskret formaya və əksinə çevir-mək lazım gəlir. Bu proses əvvəldə
dediyimiz kimi kvantlama tezliyi anlayışı ilə izah olunur.
Məhdud spektrli funksiyalar üçün kvantlama tezliyi
Kotelnikovun nəzəriyyəsinə əsasən təyin
edilir. Kotelnikovun nəzəriyyəsinin mahiyyəti məhdud tezliklər spektrinə malik olan U(t) kəsilməz
funksiya haqqındadır və bu halda funksiya zamana görə məhdud olmamalıdır. Praktikada isə fiziki
proseslər məhdud zaman intervalında baş verdiyindən onları təsvir edən funksiyalar məhdud
zamana (uzunluğa) malik olur. Funksiya məhdud spektrə malik
ola bilmədikdə Kotelnikovun
nəzəriyyəsinə uyğun gəlmədiyindən tətbiq olunmur. Lakin praktiki məqsədlər üçün real spektrin
eni (tezliklər intervalı) üzərinə müəyyən şərtlər qoyulduqda bu nəzəriyyədən istifadə mümkün
olur.
Siqnalların kvantlanması–zamana və səviyyəyə görə aparılır. Zamana görə kvantlamada sonsuz
böyük sayda qiymətlər alan kəsilməz funksiya sabit və ya dəyişən uzunluqlu intervallarla
götürülmüş sonlu sayda qiymətlərlə əvəz olunur. t zaman intervalı kvantlama addımı adlanır.
Rəqəm texnikasında informasiya məhdud mərtəbəliliyə malik olan kodlaşdırılmış
siqnallar
şəklində təsvir edilir. Bundan başqa informasiya rəqəm avtomatına kəsilməz şəkildə deyil,
müəyyən diskret zaman anında daxil olur. Ona görə də informasiyanın vaxta və səviyyəyə görə
diskretləşdirilməsi lazımdır. Rəqəm texnikasında analoq siqnallarını diskret siqnallara çevirmək
üçün analoq-rəqəm çeviricilərindən (modem) və əksinə çevir-mək üçün isə rəqəm-analoq
çeviricilərindən istifadə edilir.
Diskret və analoq tipli informasiyalar əsasında qurulmuş maşınlar, yəni,
diskret rəqəm
hesablama maşınları və analoq hesablama maşınları bir-birindən strukturu və iş prinsipi ilə kəskin
fərqlənir.
Dostları ilə paylaş: