İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 20 ____________________________
4.Səriştəsizlik (və ya təcrübəsizlik) üzündən sistemin
işləmə qabiliyyətini korlayan proqramın işə salınması və ya
informasiya daşıyıcılarının formatlanmasının həyata keçirilməsi,
lazım olan verilənlərin ləğv edilməsi və s;
5.İş yerində istifadə olunan kompüterlərin resurslarından
istifadə edərək qeyri-leqal və ədəbsiz proqramlardan istifadə
edilməsinin və tətbiq edilməsinin (oyun, öyrədici, texnoloji və
başqaları) məhdudlaşdırılması. Bunlar istifadə olunan
kompüterlərin əlavə yüklənməsinə, operativ yaddaşın
səmərəsiz istifadə edilməsinə, xarici yaddaş qurğusunun
mənasız proqramlarla yüklənməsinə və s. gətirib çıxarır;
6.İstifadə olunan kompüterin viruslara yoluxmasına
imkanın verilməsi;
7.Ehtiyatsız hərəkət nəticəsində konfidensial olan
informasiyaların hamıya yayılması və bu tip informasiyaların
hamı üçün əlçatan olması;
8.İstifadə olunan parolların, şifrələnmiş açarların,
identifikasiya kartoçkalarının və başqalarının hamıya bildirilməsi
nəticəsində informasiya atributlarının ötürülməsi, məxfiliyinin
itirilməsi və istənilən şəxsin bu barədə məlumatlı olması;
9.Sistemin işləmə qabiliyyətinə və istifadə olunan
informasiyaya təhlükə yaradan amillərin (məsələn, sistemin
arxitekturasının layihələndirilməsi, verilənlərin texnologiya
əsasında təhlili, tətbiqi proqramların yaradılması və s.)
araşdırılması;
10.Sistem işləyərkən təşkilatı məhdudiyyətlərə qoyulmuş
qanunlar əsasında əhəmiyyətin verilməməsi;
11.Müdafiə vasitələrindən yan keçməklə sistemə daxil
olmaq (məsələn, sazlanmış əməliyyat sistemini xarici
informasiya
daşıyıcılarından
istifadə
etməklə
sistemə
yükləmək);