İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 16 ____________________________
təhlükəsizlik siyasətinin həyata keçirilməsi və inamın
(etibarın) yerinə yetirilməsi bir tərəfli və ya qarşılıqlı ola bilir.
Bütün bunlar kriptoqrafiyanın köməkliyi ilə yerinə yetirilir.
Autentifikasiyanı
müəlliflik
(subyektə
müəyyən
hüququn verilməsi) və identifikasiya (subyektin ona məxsus
identifakatoru ilə tanınması) ilə qarışıq salmaq olmaz.
Autentifikasiyaya aşağıda verilənlərin həqiqiliyinin
sübut edilməsi prosedurlarını aid etmək olar.
Məsələn:
İstifadəçinin həmin şəxs olduğunun yoxlanması.
Bunun üçün verilənlər bazasındakı parol ilə
istifadəçinin parolu tutuşdurulur;
Yola salınmış elektron məktubların həqiqiliyinin
yoxlanması. Bunun üçün göndərənin ona məxsus
açarı ilə məktubun rəqəmsal imzası tutuşdurulur;
Faylların kontrol məbləğləri ilə müəllif tərəfindən
təqdim edilmiş faylların məbləğləri tutuşdurulur.
İndiki zamanda şəbəkə texnologiyalarının sürətli
inkişafı
ilə
əlaqədar
olaraq
avtomatlaşdırılmış
autentifikasiyadan hər yerdə geniş şəkildə istifadə olunur.
Apellyasiya (appellatio - latınca müraciət etmə anlamını
verir) qanuni qüvvəyə minməmiş aktın müəyyən prosessual
qanunvericiliyə uyğun ali hakim tərəfindən yoxlanma
prosedurasıdır.
Apellyasiya anlayışından Fransada istifadə edilmişdir və
bu XIII əsrə təsadüf edir. Bu zamanlar apellyasiya haqsızliğa
qarşı məhkəmə tərəfindən verilmiş şəxsi xarakterli hökm
sayılırdı. 1667-ci ildə nəşr olunmuş qanun kitabında qeyd
edilir ki, apellyasiya şəxsin məhkəməyə deyil, onun çıxardığı
hökmə görə verilə bilər. 1579-cu ildə Henrix III belə bir
fərman verir: karolun fərmanının əksinə verilmiş bütün