İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə165/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   161   162   163   164   165   166   167   168   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 249 ____________________________ 
istehsalçılar (məsələn, 3COM, SynOptics və başqaları) yeni 
spesifikasiya yaratmaq üçün Fast Ethernet Alliance birliyi 
yaradırlar. Birlik 1992-1993-cü illərdə IEEE institutu ilə 
birləşərək yeni spesifikasiyanın hazırlanmasına başlayır və bu 
məqsədlə Hewlett-Packard AT&T şirkətlərini müştərək 
işləməyə dəfət edir. Çəkilən birgə zəhmətin nəticəsində 26 
oktyabr 1995-ci ildə IEEE 802.3u standartı qəbul edilir. 
PPP (ingiliscə Point-to-Point Protokol) – OSI şəbəkə 
modelini dəstəkləyən kanal səviyyəsində ikinöqtəli protokolu 
(Data Link) adətən şəbəkənin iki düyünü arasında birbaşa 
əlaqənin yaradılması üçün istifadə edilir. Protokol 
birləşmənin autentifikasiyasını, şifrələnməsini və verilənlərin 
sıxılmasını təmin edir. Çoxlu sayda fiziki şəbəkələrdə: sıfır-
modem kabellərində, telefon xətlərində, mobil (cellular-
sotovıy) rabitə xətlərində və buna bənzərlərdə istifadə 
olunur. PPP protokolunun müxtəlif növləri (məsələn, PPPoE, 
PPPoA və s.) müxtəlif rabitə kanallarında istifadə edilir. 
PPP özündə çoxlu sayda protokollar ailəsini birləşdirir: 
rabitə xəttini idarə edən protokol (LCP), şəbəkəni idarə edən 
protokol (NCP), autentifikasiya protokolu (PAP, CHAP), 
MLPPP çoxkanallı protokolu.
PPP protokolu 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 250 ____________________________ 
SLIP (Serial Line İnternet Protocol) – OSI etalon 
şəbəkə modelinin kanal səviyyəsində mənəvi qocalmış 
şəbəkə protokoludur. Protokoldan TCP/IP steki şəbəkələrinə 
əlçatanlıq üçün istifadə edirlər. Protokol kommutasiya olunan 
birləşmələrdə 
ardıcıl portların 
köməyilə 
müştəri-server 
birləşməsini 
“nöqtə-nöqtə” 
növündən isti-
fadə 
etməklə 
həyata keçirir. 
SLIP 
keçən 
əsrin 
80-cı 
illərində 3COM 
şirkəti tərəfindən yaradılmışdır. 1984-cü ildən başlayaraq Rik 
Adamsın (Rick Adams) təşəbbüsü və iştirakı ilə geniş 
yayılmışdır. R.Adamsın zəhməti nəticəsində protokol 
İnternetə qoşulmada istifadə edilmişdir (ardıcıl COM 
portlarından istifadə etməklə). Sadə olduğu üçün indiki 
zamanda mikrokontrollerdə istifadə olunur. 
SLIP protokolu



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin