İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 248 ____________________________
Tokren Ring texnologiyası əvvəlcə IBM kompaniyası
tərəfindən 1970-ci ildə işlənib hazırlanmışdır. 1985-ci ildə
IEEE 802 komitəsi bu texnologiya əsasında IEEE 802.5
standartını qəbul edir. Araşdırmalar
göstərir ki, son vaxtlar
IBM şirkətinin məhsulları Ethernet ailəsini texnologiyasına
aid olan məhsullar üzərində hakim vəziyyət tutmuşdur (buna
texniki dildə dominasiya deyirlər). Nəzərə almaq lazımdır ki,
IBM şirkəti uzun müddət
ərzində lokal şəbəkələrin
qurulmasında Token Ring texnologiyasından bəhrələnmişdir.
FDDI (ingiliscə Fiber Distributed Data Interface –
Verilənlərin ötürülməsi üçün yararlı olan lifli-optik inyterfeys)
– 200 kilometr məsafədə verilənlərin standart ötürülməsi
üçün istifadə olunan lokal şəbəkədir.
Standart Token Ring
protokoluna əsaslanır. FDDI verilənlərin ötürülməsində
böyük əraziyə malik olmaqla yanaşı
bir neçə minlərlə
istifadəçini də dəstəkləməyə qadirdir. Standart keçən əsrin
80-cı illərində Amerikanın Milli Standartlar İnstitutu (ANSI)
tərəfindən yaradılmışdır. Nəzərə almaq lazımdır ki, FDDI –nin
indiki zamanda geniş yayılması nəticəsində (Ethernet və ya
TokenRing ilə müqayisə etdikdə)
özünə müəyyən sayda
ardıcıllar toplaya bilmişdir, bu səbəbdən də FDDI interfeysə
çəkilən xərclərin azalmasına nail olmuşdur. FDDI əksər
hallarda lokal şəbəkəyə daxil olan sürətli
kompüterlərin bir-
birilə birləşməsi vasitəsi kimi istifadə edilir.
Fast Ethernet (FE) – Ethernet texnologiyasına
əsaslanaraq kompüter şəbəkələrində verilənlər toplumunun
standart ötürülməsinə verilən addır. Burada verilənlər 100
Mbit/saniyə sürətlə ötürülür. Bəzi hallarda texnologiyanı
100BASE-X kimi işarə edirlər (X – realizə variantını göstərir,
məsələn, 100BASE-TX, 100BASE-FX və s.). 1992-ci ildə bəzi