İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 317 ____________________________
ərzində şifrə kommersiya sirri kimi gizli saxlanılır. 1994-cü
ilin sentyabr ayında əldə olunmuş razılığa əsasən alqoritmin
dəqiq izahı verilir. Bir az sonra RC4 usenet “sci.crypt”
yeniliklər qrupunda nəşr olunur və oradan da İnternet
şəbəkəsinin çoxlu sayda saytlarına daxil olur.
IEEE 802.11b standartında (1999-cu il) tezlik zolağı və
ötürmə tezliyi artırılmış, spekterin bölüşdürülməsi üçün bir-başa
ardıcıllıq metodundan istifadə edilmişdi. Bununla yanaşı
verilənlərin maniə tərəfindən təhrif olunmasının qarşısı hiss
ediləcək dərəcədə alınmış, yüksək dayanıqlıq əldə edilmişdir.
IEEE 802.11a standartında tezlik zolağı və ötürmə
tezliyi 5 dəfə artırılmaqla yanaşı digər yeniliklərdə əlavə
edilmişdi. Nəticədə yararlı siqnalın eyni zamanda bir neçə tezlik
diapazonunda paralel ötürülməsi həyata keçirilmiş, kanalın
buraxma qabiliyyəti yüksəldilmiş, siqnalın keyfiyyəti artırılmışdı.
Standartın çatışmazlığı böyük güc tələb etməsi və kiçik təsir
dairəsinə (100 metrə yaxın) malik olmasıdır.
IEEE 802.11g standartında verilənlərin ötürülmə tezliyi
54 Mbit/saniyəyə çatdırılmışdır, aşağı güc tələb edir, təsir
dairəsi artırılmış (300 metrə kimi) və kanalın ötürmə zolağı
genişləndirilmişdir.
IEEE 802.11i standartında
naqilsiz
şəbəkənin
təhlükəsizliyi təmin edilmişdir. Standart 2004-cü ildə ratifikasiya
edilmişdir. Standart Wi-Fi şəbəkələrində də istifadə edilə bilər.
Standart autentufikasiya prosesində üç içtirakçının olmasını
təklif edir: AS (Authentication Server) autentifikasiya serveri,
AP (Access Point) əlçatanlıq nöqtəsi və STA (Station) işçi
stansiya. Standartda şifrələmə prosesində AP və STA iştirak
edir. Standart ilə işləməkdən ötrü müxtəlif açarlardan
(məsələn, MK (Master Key) – Ustad-açar, PMK (Paiwise Master