İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 329 ____________________________
mümkün olsun. Belə olan halda münasib proqram modulunu
digər modul ilə dəyişmək mümkün olur.
MÜDAFİƏNİN İNZİBATI TƏDBİRLƏRİ Əməliyyat sisteminin müdafiəsinin proqram-aparat
vasitələri mütləq inzibatı tədbirlər ilə tamamlanmalıdır. İnzibatçı
tərəfindən daim ixtisaslaşdırılmış dəstək yerinə yetirilməsə ən
etibarlı proqram-aparat müdafiəsi belə nəticəsiz alına bilər.
Aşağıda əsas inzibatı tədbirlər verimişdir:
1.
Əməliyyat sisteminin daim işlək olmasına nəzarətin
korrektliyi xüsusilə onun altsisteminin müdafiəsi ilə bağlıdır.
Belə nəzarəti təşkil etmək əlverişlidir. Bu əsasən o zaman baş
verir ki, əməliyyat sistemi əsas hadisələrin (event logging)
xüsusi jurnalda avtomatik olaraq qeyd olunmasını dəstəkləyir.
2.
Adekvat (tam uyğun) təhlükəsizlik siyasətinin təşkili və
dəstəklənməsi. Əməliyyat sisteminin təhlükəsizlik siyasəti daim
korrektə edilməlidir, çünki bədniyyətli insan əməliyyat
sisteminə ziyan vura bilər, onun quruluşunu dəyişər, tətbiqi
proqramların qurulmasına və ya sistemdən kanarlaşdırılmasına
maneçilik edə bilər.
3.
İstifadəçinin
əməliyyat
sistemindən
istifadəsinin
təlimatlandırılması əməliyyat sisteminin işlədiyi zaman ərzində
təhlükəsizlik tədbirlərinə riayət edilməsinə və bu tədbirlərin
həyata keçirilməsinə nəzarətin yerinə yetirilməsinə imkan verir.
4.
Mütamadi olaraq ehtiyat surətlərin və əməliyyat sistemi
verilənlərinin yaradılması və təzələnməsi.
5.
Əməliyyat
sisteminin,
verilənlərin
təhlükəsizlik
siyasətinin və quruluşunun dəyişməsinə daim nəzarət. Belə
dəyşiklikləri qeyrielektrik informasiya daşıyıcılarında saxlamaq
məsləhətdir, çünki bədniyyətli insanın əməliyyat sisteminin