İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə228/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   224   225   226   227   228   229   230   231   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 341 ____________________________ 
model təhlükəsizliyin çoxsəviyyəli modeli adlandırılır. Model 
məxfiliyin saxlanması üçün yararlıdır. 
ƏLÇATANLIĞIN SEÇMƏKLƏ 
MƏHDUDLAŞDIRILMASI 
Əlçatanlığın seçməklə məhdudlaşdırılması sistemi qanuna 
uyğun olaraq aşağıdakı kimi formalaşdırılır: 

Əməliyyat sistemi obyektinin sahibi vardır; 

Obyektin sahibi digər subyektlərin ixtiyarı olaraq daxil 
olmasını məhdudlaşdırır; 

Hər üçlük üçün (subyekt-obyekt-üsul) əlçatanlığın 
müəyyən edilməsi eynidir; 

Heç olmasa bir imtiyazlı (üstün) istifadəçi (administrator) 
vardır ki, o istənilən üsulla istənilən obyekta müraciət 
etmə imkanına malikdir. 
İmtiyazlı 
istifadəçi 
obyektə 
əlçatanlığın 
məhdudlaşdırılmasına əhəmiyyət verməyə bilməz. Məsələn, 
Windows NT əməliyyat sistemində administrator kanar obyektə 
(başqa subyektə məxsus olan obyektə) müraciət etmək üçün 
əvvəlcə bu obyektin sahibi olduğunu elan etməlidir 
(administratorun 
istənilən 
obyektə 
sahiblik 
çıxma 
üstünlüyündən istifadə etməsi ilə), sonra özünə lazım olan 
üstünlüklərdən istifadə etməklə həmin obyektə müraciət edə 
bilər. Həyata keçirilən sonuncu tələb potensial daxil olmaq 
imkanından məhrum olan obyektlərə aid deyildir. 
Obyektlərə daxil olma imkanı olan subyektlər əlçatanlığın 
seçməklə məhdudlaşdırılmasından istifadə etməklə yeni 
anlayışdan - əlçatanlıq matrisi və təhlükəsizlik domeni 
anlayışından istifadə edir. Əlçatanlıq matrisinin sətirlərində 
əlçatanlığın subyektləri, sütunlarında - əlçatanlığın obyektləri, 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 342 ____________________________ 
hücrələrində isə - əməliyyatlar sadalanır. Bu sadalananları 
subyekt obyekt üzərində yerinə yetirə bilər. 
Təhlükəsizlik domeni (protection domain) əməliyyat 
sisteminin hər bir obyekti üzərində yerinə yetirilə bilən 
obyektlər toplumunu və əməliyyatların növünü müəyyən edir. 
Əməliyyat sistemində işləyən konkret obyektlər arasında 
əlaqə aşağıdakı şəkildə təşkil edilmişdir: 

Hər bir istifadəçi domen ola bilər. Belə olan halda 
əlçatanlıq təmin olunan obyektlər toplusu istifadəçinin 
identifikasiyasından asılıdır; 

Hər bir proses domen ola bilər. Belə olan halda 
əlçatanlıq 
obyektlərinin 
toplusunu 
prosesin 
identifikasiyası müəyyən edir; 

Hər bir prosedura domen ola bilər. Belə ola halda 
əlçatan obyektlər toplusu prosedurun daxilində müəyyən 
edilən lokal dəyişənlərlə müəyyən edilir. Qeyd etmək 
lazımdır ki, prosedurun yerinə yetirilməsi domenin 
dəyişməsinə səbəb olur. 
Əlçatanlığın seçməklə məhdudlaşdırılmasının üsyünlüyü 
cevikliyidir (uyuşanlığıdır). Çatışmazlığı mərkəzləşdirilmiş 
nəzarətin mürəkkəb olması və idarəetmənin səpələnməsidir. 
Əlçatanlığın seçməklə məhdudlaşdırılmasında müdafiənin 
altsistemi tərəfindən əməliyyat sisteminin müdafiə olunmasının 
təşkili bəzi hallarda kifayətedici olmur. Məsələn, ABŞ-da dövlət 
əhəmiyyətli informasiyanın (əgər informasiya əlçatanlığın 
seçməklə məhdudlaşdırılmasını dəstəkləyirsə) kompüter 
sistemlərində saxlanılması qadağan olunmuşdur. 
Əlçatanlığın 
seçməklə 
məhdudlaşdırılmasının 
genişləndirilmiş modeli izolə edilmiş (qapanmış) proqram 
mühiti sayılır. 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin