İkt 9 İnformasiya cəmiyyətində mədəniyyət



Yüklə 49,28 Kb.
tarix17.08.2023
ölçüsü49,28 Kb.
#139625
İKT 9


İKT 9
İnformasiya cəmiyyətində mədəniyyət.
Nə haqqındasa məlumatların, xəbərlərin məcmusu kimi informasiya anlayışı fəlsəfədə qədim dövrlərdən mövcuddur. Müasir cəmiyyətdə kibernetikanın və informatikanın (informasiyanın bütün növlərinin isehsalı işlənməsi, saxlanması, yayılması) inkişafı sayəsində bu anlayış yeni məna və daha geniş tətbiq sahəsi əldə etmişdir. İnformasiya cəmiyyəti terminini elmi dövriyyəyə Tokio Texnoloji İnstitutunun professoru Y.Xalşı daxil etmişdir. Yapon alimləri birinci olaraq informasiya cəmiyyəti konsepsiyasının tədqiqi ilə məşğul olmuşlar, bu ad altında onlar kompüterləşmənin yüksək səviyyəsinin informasiyaya daxil olmağı təmin etdiyi cəmiyyəti başa düşürdülər.
1962 ci ildə Amerikan iqtisadçısı F.Mekla belə bir fikir söyləmişdir ki, istənilən digər məhsul kimi biliyi istehsal etmək, yerini dəyişmək, satmaq və satın almaq olar. 1972 ci ildə isə İ.Masudun rəhbərliyi altında yapon tədqiqatçı qrupu “İnformasiya cəmiyyətinin layihəsi 2000-ci il üçün milli məqsəd qətnaməsində” informasiya dəyərlərinin istehsalının maddi dəyərlər istehsalı üzərində prioritetliyi ideyasını irəli sürmüşdür. Beləki, informasiya dəyərləri müasir cəmiyyətin inkişafı və formalaşmasının aparıcı qüvvəsidir. Sankt-Peterburq alimləri M.İqnatiy*, E.Pyuaklina, Y.Şenin informasiya cəmiyyətinə elə bir cəmiyyət kimi tərif verirlər ki, burada informasiya iqtisadi və sosial həyatın əsas kompanenti kimi çıxış edir. O.Verşinskaya buna diqqət yetirir ki, informasiya sosiumunda xammalın və materialların emalı sahəsində olduğundan daha çox insan məşğuldur.
Bütövlükdə alimlər belə ümumi fikrə gəlirlər ki, bəşəriyyət öz inkişafının yeni mərhələsinə - İnformasiya bazasına, deməli informasiya cəmiyyətinə daxil olur. Bu isə artıq nəinki nəzəri problemdir, eyni zamanda reallıqdır. İnformasiya anlayışı bütün xüsusi elmlər üçün ümumi anlayışa, riyazi ideyaların məcmusu və riyazi vasitələrin kompleksini özündə birləşdirən infarmasion yanaşması tədqiqatın ümumelmi vasitəsinə çevrilmişdir.
Kommunikasiya vasitələrinin inkişafı ilə ehtimali metodlardan istifadə edilməklə informasiyanın kəmiyyətinin ölçülməsi sahəsində ilk təşəbbüslər edilmişdir. Sonralar isə riyazi informasiya nəzəriyyəsinin digər variantları, xüsusilə sintaktik nəzəriyyələr kimi ümumi ad almış tipoloji və kombinator variantları meydana gəlmişdir. İnformasiyanın məzmun ( mənaca) və aksioloji ( dəyərlilik) aspektləri semantik və praqmatik nəzəriyyələr çərçivəsində təlqin olunur. Müasir elmdə informasiya anlayışının təkamülü müxtəlif dünyagörüş, xüsusilə fəlsəfi şərhlərin – krasendental şərhin (informasiyanın fövqəltəbii təbiəti), informasiyanın subyektiv hadisə kimi izahının ( neopozitivizmdə və ekzistensializmdə) meydana gəlməsi və s. ilə müşayiət olunurdu.
Bununla belə informasiya nəzəriyyəsində də, informatikada da, axıra qədər həll edilməmiş çoxlu sayda fəlsəfi məsələlər, xüsusilə informasiya anlayışının predmet sahəsinə aid olan suallar qalmaqdadır: “informasiya” bütün maddi obyektlərin xassəsidirmi və yaxud yalnız canlı, öz-özünü idarə edən və yaxud şüurlu varlıqların xassəsidir?
Müasir kommunikasiya vasitələri özünün dəyişdirici rolunu hələ 21-ci əsrdə oynamalıdır. Doğrudur artıq hazırda yeni informasiya texnalogiyaları, məsələn, mülkiyyət haqqında ənənəvi təsəvvürləri dəyişdirə bilmişdir. Siz torpağınızı satdığınız zaman bu torpaq yeni sahibinin əlinə keçir, informasiya isə satıcıdan alıcıya keçmə zamanı satıcıya mənsubluğundan məhrum olmur. Bu da əmtəənin bazarda nə isə hansısa davranış variantı deyil, nə isə böyük bir şeydir. Minilliklər ərzində xalqların yaşayış məkanı və qızıl onların başlıca resursları olmuşdur. Ən yeni zaman isə yeni resurs – informasiyanı yaratmışdır. Hazırki yüzillikdə məhz bu resurs həlledici resurs, informasiya texnalogiyaları isə istənilən şirkətin müvəffəqiyyətinin əsas şərtlərindən olacaqdır.
İnformasiya texnalogiyaları aparat təminatı, telekommunikasiyalar, məlumat bazarlarının idarə edilməsi sistemləri və informasiyanın saxlanması, işlənməsi və ötürülməsinin digər texnaloji vasitələri kimi müəyyən olunur. Bu texnaloji piryomlar insanlara bir qədər əvvəl təsəvvürə gətirilməsi mümkün olmayan üsullarla bir-birilə ünsiyyət saxlamaq imkanı vermişdir.
İnformasiya texnalogiyalarının açıqlığı və onların tətbiqinə sərf olunan xərclərin daim aşağı düşməsi yeni aparat vasitələrinə, proqram təminatına və informasiyanın işlənilməsinin digər texnalogiyalarına investisiya qoyuluşuna vadar edir. Çünki, bazarın dönməz tələbi belədir. Lakin, cəmiyyətin informasiyalaşdırılmasının nəticələri, eləcə də yeni texnaloji inqilabların nəticələri, müxtəlif xalqlar, regionlar və ölkələr üçün eyni olmayacaqdır. İnformasiyanın və informasiya xidmətlərinin azad istehsalı və mübadiləsi, informasiyaya qeyri məhdud şəkildə daxil olunası və onun sürətli texnaloji, elmi, sosial tərəqqi üçün ekaloji və demaqrofik problemlərinin həlli üçün istifadə edilməsi insanın azadlıq və hüquqlarının tanındığı, sosial və iqtisadi təşəbbüsün bəyənildiyi, lakin, eyni zamanda da tam nəzarətsizliyə və anarxiyaya yer olmadığı mədəni ənənələrin möhkəm olduğu cəmiyyətlərdə mümkündür.
Informasiya cəmiyyətinin operativ şəkildə çox böyük miqdarda informasiya kütləsini əldə etmək imkanı vardır və deməli informasiya texnalogiyaları strateji qərarlar qəbul edilməsi prosesinin hər bir mərhələsində əmək məhsuldarlığının yüksəldilməsinə kömək edir.
Informasiya texnalogiyaları biznes prosesini əhəmiyyətli dərəcədə dəyişdirir, ictimai həyatda yeni imkanlar açır. İnternet və korparativ şəbəkələr, mobil əlaqə biznesin rəqabət qabiliyyətini saxlamağa, nəzarətin operasional məhsuldarlığının və təsirliliyinin artırılmasına xarici mühitdəki dəyişikliklərə adekvat şəkildə cavab verməyə imkan verən minimal strateji qərarlardır. ( ABŞ-ın Müdafiə Nazirliyinin 1969-cu ildə istifadəyə verilmiş kommunikasiya şəbəkəsi internetin əcdadıdır. Bu gün internet çox milyonlarla kompüteri birləşdirir. Modemlə təchiz olunmuş PK* - nın hər bir istifadəçisi provayder şirkətinə üzv yazılmaqla ayda təxminən 20 dollara internetdən istifadə edə bilər. İT şirkətə işçi prosesləri xeyli dərəcədə sürətləndirməyə, xərcləri azaltmağa, müxtəlif fəaliyyət növlərinin koordinasiyasını yaxşılaşdırmağa, məhsuldarlığı yüksəltməyə imkan verir).
Bununla belə İT-nin mövcudluğunun özü onların üstünlüklərinin praktik olaraq reallaşdırmasına təminat vermir. Səviyyəsi çox halda təşkilati normalarla ( hər şeydən əvvəl tətbiq etmənin ən ilkin mərhələsində) müəyyən olan İT-ni səmərəli istifadə olunmasına, ən çox tez tez onların istər bütövlükdə şirkət tərəfindən, istərsə də bilavasitə istifadəçilər tərəfindən kifayət qədər tanınması mane olur.
Cəmiyyətin modernləşdirilməsi prosesi labüd surətdə təhsilin əhəmiyyətinin artması ilə müşayiət olunur. İnformasiya cəmiyyətində ixtisaslaşma və peşəkarlaşma getdikcə daha böyük əhəmiyyət qazanır. Bununla əlaqədar informasiya cəmiyyəti şəraitində tələbələrin problemləri və perspektivləri Rusiya pedaqoqlarının daimi düşüncə predmetinə çevrilmişdir. Tələbələr – bilik istehlakının mühim subyektidir. Tələbələr formalaşmaqda olan informasiya cmiyyətinə fəal surətdə qoşulurlar. Sözsüz ki, kompüterləşmə onlara çox böyük təsir göstərir. Lakin, Rusiyada indiyədək bu prosesə mənfi təsir göstərən ciddi problemlər xüsusilə informasiya texnalogiyalarının öyrənilməsinin və onlardan istifadə edilməsinin səviyyəsinin kifayət qədər yüksək olmaması aradan qaldırılmamışdır.
Bir çox sosioloqlar informasiya cəmiyyətində tələbələrin perspektivlərini aşağıda göstərilən vəziyyətlərlə əlaqələndirirlər:

  1. İnformasiya cəmiyyətinin kompüterləşmədən asılı olan yeni infrastrukturunun formalaşması ilə.

  2. Kompüterlərin təkmilləşdirilməsi ilə.

  3. İnformasiya məlumat bankları və informasiyanın kütləvi istehsalı şəbəkələrinin yaradılması və inkişaf etdirilməsi ilə.

  4. Təhsil məqsədləri üçün internetdən geniş istifadə edilməsi ilə.

  5. Kifayət sayda yüksək ixtisaslı informatika müəllimlərinin hazırlanması ilə.

  6. Multimedia dərsliklərinin hazırlanması ilə .

  7. Distansoin təhsilin inkişaf etdirilməsi ilə .

Lakin, informasiya sivilizasiyası nəinki nəhəng nailiyyətləri nümayiş etdirir. Bir çox filosoflar bu sivilizasiyanın sosial təndqidçiləri rolunda çıxış edirlər, ola bilsinki insanların gözündən gizlənən təhlükələri görməyə çalışırlar. Onlar hər şeydən əvvəl vahid qlobal informasiya məkanının yaradılmasındakı gözlənilməz çətinlikləri qeyd edirlər. Heç də həmişə sosial iqtisadi və sosiomədəni amilləri qabaqcadan görmək mümkün olmur. Hətta bir vəsilədə baş vermiş səhv bütövlükdə sistemi sıradan çıxarmaq təhlükəsi yaradır. Digər tədqiqatçılar xüsusilə amerikalı E.Tofler xəbərdarlıq edirlər ki, cəmiyyətin bu qədər surətlə inkişafı şok əmələ gətirə bilər. İnsanlar dünyanın gözləməkdə olduğu çox böyük dəyişikliklərə psixoloji cəhətdən hazır deyillər.
Alimlər həmçinin bunu da göstərirlər ki, sürətli sosial tərəqqinin ziddiyətləri insanların cəmiyyətdən uzaqlaşmasına gətirib çıxaracaqdır. Hələ 1970-ci illərin sonlarında E.Fromm informasiyanın insanlar üzərində təzyiq və hökmranlıq vasitəsinə çevriləcəyi informasiya imperializminin meydana gəlməsi imkanından danışmışdır.
Yüklə 49,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin