İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


ŞƏBƏKƏ TƏHLÜKƏSİZLİYİ VASİTƏLƏRİLƏ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə235/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   231   232   233   234   235   236   237   238   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

ŞƏBƏKƏ TƏHLÜKƏSİZLİYİ VASİTƏLƏRİLƏ 
İDARƏETMƏ ARXİTEKTURASI 
Müəssisənin resurslarının informasiya təhlükəsizliyinin 
təmin edilməsi üçün informasiya müdafiə vasitələrini adətən 
bilavasitə korporativ şəbəkələrdə yerləşdirirlər. Şəbəkələrarası 
ekran korporativ resurslara əlçatanlığa nəzarətlə yanaşı 
kanardan pisniyyətli insanın etdiyi hücumların da qarşısını alır, 
virtual xüsusi şəbəkə şlüzləri (VPN) isə açıq qlobal şəbəkədən
(İnternet nəzərdə tutulur) informasiyanın ötürülməsi zamanı 
konfidensiallığı 
təmin 
edir. 
İndiki 
zamanda 
etibarlı 
eşelonlaşdırılmış müdafiə sistemi yatartmaq üçün zorla 
girmələri (soxulmaları) aşkar etmə sistemindən (IDS – 
Intrusion Detection Systems), informasiyanın məzmununa 
əlçatanlığa nəzarət vasitələrindən, antivirus sistemlərindən və 
s. istifadə olunur. 
Əksər korporativ informasiya sistemləri (KİS) müxtəlif 
istehsalçılar tərəfindən istehsal olunan proqram və aparat 
vasitələrinə əsaslanaraq qurulmuşdur. Vasitələrin hər biri 
mükəmməl və xüsusi quruluşa uyğun hazırlanmışdır və 
istifadəçi ilə əlçatan resurslar arasında qarşılıqlı əlaqəni əks 
etdirirlər. 
Heterogen
korporativ informasiya sistemlərində 
etibarlı informasiya müdafiəsini təmin etmək üçün korporativ 
informasiya sistemlərinin təhlükəsiz idarəetmə sistemini 
yaratmaq lazımdır. Yaradılmış sistem korporativ informasiya 
sisteminin hər bir təşkiledicisini düzgün sazlamaqla yanaşı 
təhlükəsizliyinidə təmin etməlidir. Bunun üçün sistemdə baş 
verən dəyişikliklər izlənməli, yaranmış yarıq (zədə, dəlik, deşik) 
“tutulmalı”, istifadəçinin işinə nəzarət olunmalıdır. Nəzərə 
almaq lazımdır ki, informasiya sistemi nə qədər müxtəlif olarsa, 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 354 ____________________________ 
onun təhlükəsizliyinin idarə edilməsi bir o qədər də mürəkkəb 
olcaqdır. 
AÇIQLAMA
:
Heterogen (yunanca έτερος -başqa 
+
γένω –cins) – müxtəlif cinsli, yabanşı, tərkibdə eyni 
olmayan hissələrin varlığı, nəyinsə tərkibində olmaq və s. 

Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin