İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,98 Kb.
Pdf görüntüsü
səhifə30/257
tarix07.01.2024
ölçüsü117,98 Kb.
#201485
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017 (1)

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 44 ____________________________ 
Bura əsasən aşağıdakılar aiddir: 
İnformasiyaya əlçatanlıq – informasiya ilə tanışlıq, onun 
təhlil olunması, əsasəndə surətinin alınması, informasiyanın 
modifikasiya və ya ləğv edilməsi; 
Əlçatanlığın həcmi – avtomatlaşdırılmış sistemlərdə 
informasiya əlçatanlığın məhdudlaşdırılmasını müəyyənləşdirən 
informasiya resursları vahidi; 
Əlçatanlığın subyekti – fəaliyyəti əlçatanlıq qanunları ilə 
tənzimlənən şəxs və ya proses
Əlçatanlığın məhdudlaşdırılması qanunları – əlçatanlıq 
obyektlərinə subyektin daxil olmasını müəyyənləşdirən 
qanunlar toplumu. 
DİSKRESİON ƏLÇATANLIQ MODELİ 
Diskresion (öz mülahizəsinə görə hərəkət edən, istədiyi 
kimi hərəkət edən) model çərçivəsində subyektlərin (istifadəçi 
və ya əlavələr) obyektlərə (müxtəlif informasiya resursları – 
fayllara, əlavələrə, çıxış qurğularına və başqalarına) daxil 
olması nəzarətdə saxlanılır. 
Hər bir obyektin özünə məxsus subyekt-sahibkarı vardır. 
Subyekt-sahibkar obyektə kimin daxil olma imkanının olmasını, 
həmçinin daxil olma imkanın genişləndirilməsi əməliyyatını 
müəyyən edir. Əlçatanlığın əsasını READ (Oxuma), WRITE 
(Yazma) və EXECUTE (yerinə yetirmə, ancaq proqram üçün) 
əməliyyatları təşkil edir. Deməli, diskresion modeldə hər bir 
subyekt-obyekt əlçatanlığı (daxil olma) üçün müxtəlif əlçatanlıq 
əməliyyatları toplumu təsis edilir. 
Obyektə daxil olmanı sorğu etmək üçün sistem obyektə 
daxil ola biləcək subyekti siyahıdan axtarır, əgər subyekt 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 45 ____________________________ 
siyahıda varsa onda onun obyektə daxil olma yolu göstərilir. 
Əks halda əlçatanlıq nəzərə alınmır. 
Klassik modellərdə əlçatanlıq “bağlı” hesab olunur. İndiki 
zamanda “açıq” sistemlərdən istifadə mümkündür, burada 
susma rejimində əlçatanlıq həyata keçirilir. 
Belə model Windows və Linux əməliyyat sistemlərində 
yerinə yetirilir (şəkil 1.).
Şəkil 1. Windows Vista əməliyyat sistemində əlçatanlıq modeli 



Yüklə 117,98 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin