İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ ________________________ 119 ____________________________
Cari kateqoriyada kriptoqrafik üsullardan istifadə olunmur.
Autentifikasiya
protokolu
təhlükəsizliyin
təmini
səviyyəsində aşağıdakı kimi təsnif olunur:
1.
Sadə
autentifikasiya
(parola
əsaslanmaqla).
Autentifikasiyanın ən sadə variantı ondan ibarətdir ki, sistem
parolu açıq şəkildə, xüsusi fayl formasında yaddaşda saxlayır
və istifadəçi sistemə daxil olanda sistem istifadəçiyə məxsus
olan parol ilə yaddaşda saxlanılan parolu müqayisə edə bilir.
Təhlükəsizlik baxımından belə yanaşma çox zəifdir, çünki parol
ilə olan faylı bədniyyətli şəxs oğurlaya bilər. Odur ki, bunun
qarşısını almaq üçün xüsusi faylda ancaq xeş parolu saxlamaq
lazımdır. Belə olan halda istifadəçi ona məxsus olan faylı daxil
etdikdə, sistem onun xeş parolunu hesablayır və yaddaşdakı
fayl ilə müqayisə edir. Əgər düşmən (pisniyyətli şəxs) faylı
oğurlamışsa, onda həmin faylda olan xeş əsl faylı bərpa etmək
üçün kifayət etməyəcəkdir, nəticədə düşmənin cəhdi heçə
enəcəkdir.
2.
Ciddi
autentifikasiya
(kriptoqrafik
üsullara
əsaslanmaqla). Autentifikasiyanın bu variantı ondan ibarətdir
ki, istifadəçi bəzi bağlı açarları onların sahib olduqları əlamətə
görə identifikasiya edir, amma açarın özü isə protokolun həyata
keçirilməsi zamanı açılmır (gizli saxlanılır).
3.”Sıfır”
səviyyəsində
(daha
doğrusu
başlanğıc
vəziyyətində) protokolların həqiqiliyini istifadəçilərə subut
etməklə onlar barədə məlumatlar elan olunur.
Yazılanları nümunələrdə araşdıraq.
Təsadüfi ədədlər əsaslanan ciddi birtərəfli autentifikasiya.
Hər iki tərəf onlara məlum olan K açarına ortaqdırlar və
əməliyyatı həyata keçirmək üçün şifrələmənin simmetrik
alqoritmini seçiblər.