ÖZÜNƏ XAS XÜSUSİYYƏTİ OLAN PROTOKOLLAR
Açarları dəyişmə protokolu və autentifikasiya protokolu ən
çox kriptoqrafik protokollar sinifinə aiddirlər. Bununla yanaşı
bəzi protokollar vardır ki, onlar başqa spesifik (özünə xas
xüsusiyyəti olan) məsələləri həll etmək üçün yararlıdırlar.
Bunlara aşağıdakıları aid etmək olar:
Səsvermə protokolu. Protokol seçkilərin aparılması zamanı
istifadə edilir. Səsvermədə iştirak edən hər bir seçici anonim
olaraq öz səsini verir. Bununla yanaşı səsvermədə iştirak edən
şəxs iki dəfə bu prosesdə iştirak edə bilməz. Səsvermədə
ancaq qeydiyyatdan keçmiş iştirakçı iştirak edir və həqiqətəndə
onun səsverən şəxs olduğu ona məxsus olan sənəd vasitəsilə
yoxlanılır.
Eyni zamanda imza atma protokolu. İştirakçıların əsas
məqsədi ondan ibarətdir ki, onlar hər hansısa bir sənədi
imzalayan zaman imzasına görə təminat ala bilsinlər.
İştirakçılar imzalama mərasimi zamanı bir-birindən uzaq
məsafədə ola bilərlər, odur ki, imzalama prosesi elektron
rəqəmsal imza ilə də həyata keçirilə bilər.
Qrup şəkilində imzalama protokolu. Sənədin imzalanması
bir qrup iştirakçı tərəfindən yerinə yetirilə bilər. İmzalanmış
sənədi alan əks tərəf əmin olmalıdır ki, sənəd bir qrup iştirakçı
tərəfindən imzalanmışdır, amma imzaların kimə məxsus olduğu
onun üçün o qədər də maraqlı deyil. Əgər imzaların kimə
məxsus olduğunu yoxlamaq tələb edilərsə, sözsüz ki, sənədi
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 123 ____________________________
imzalayanların imzaları ilə onların şəxsiyyəti araşdırılmaqla
yoxlanılacaq.
Qrup şəkilində imzalamağın ən sadə forması inanılmış
arbitrdən istifadədir. Arbitr çoxlu sayda açıq və bağlı açarları
generasiya edir və bu açarları qrupun iştitakçılarına paylayır
(məsələn,
m ədəd açarı qrupun hər bir n üzvünə). Açıq
açarların siyahısı çap edilir. Məlumatı imzalamaq üçün qrupun
hər bir üzvü bağlı açarlardan istənilən birini seçir. Sənədin qrup
üzvlərinin biri tərəfindən açıq açarla imzalandığını yoxlamaq
üçün elektron rəqəmsal imza tərəfindən qrupa məxsus açıq
açarlar toplumu yoxlanılır. Sonrakı mərhələdə isə imzaların
imza sahiblərinə məxsusluğunu müəyyənləşdirməkdən ötrü
arbitrə müraciət edilir (Arbitr latınca arbiter – hakim, ortaq
anlamını verir).
Protokolun zəif cəhəti əsasən ondan ibarətdir ki, arbitrin
nəyəsə aldanaraq qrup üzvlərinin imzalarını saxtalaşdırmasıdır.
Danılmaz imzalama. İmza adı rəqəmsal imzadan onunla
fərqlənir ki, onun yoxlanılması üçün imzalayanın icazəsi mütləq
olmalıdır.
Kor-koranə imzalama. Elektron rəqəmsal imzanın
xüsusiyyətini özündə əks etdirsədə, ondan müəyyən qədər
fərqlənir, yəni imzalayan şəxs imzaladığı sənədin məzmunu ilə
tanış olmaqdan mərhumdur.
Sirrin
bölünmə
protokolu.
Məlumat
hissələrə
parçalandıqdan sonra qrup üzvləri arasında paylanır, nəticədə
qrupun istənilən üzvü onun payına düşən məlumatdan heç bir
şey anlaya bilmir. Lazım gəldikdə qrup üzvləri bir yerə
toplaşdıqdan sonra məlumatla tanış ola bilirlər.
Ən çox istifadə edilən protokol sirrın arbitrin iştirakı ilə
bölünməsidir.
|