İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə222/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   218   219   220   221   222   223   224   225   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 332 ____________________________ 
üsullardan – kriptoqrafik vasitələrdən, əlçatanlıqla mübarizə 
apara bilən bəzi vasitələrin kombinasiyalarından və s. istifadə 
olunur. 
3.
Təhlükəsizlik siyasətinin formal müəyyən edilməsi. 
İnzibatçı öndəki mərhələdə
formalaşdırılmış tələblərin konkret 
olaraq necə yerinə yetirilməsini müəyyən edir. Əməliyyat 
sisteminin quruluşuna, həmçinin əlavə müdafiə paketlərinə 
olan tələblər formalaşdırılır. Formalaşdırma əməliyyatı ancaq 
belə paketlərin qurulmasına ehtiyac duyulduqda həyata 
keçirilir. Yerinə yetirilmiş mərhələnin nəticəsi əməliyyat 
sisteminin konfiqurasiyasının qurulmasını açıq şəkildə əks 
etdirən siyahısının tərtib edilməsi və hansı vəziyyətdə hansı 
sazlamanın qurulması üçün əlavə müdafiə paketlərindən 
istifadə edilməsi ilə bağlıdır. 
4.
Təhlükəsilik siyasətinin həyata keçirilməsi. Bu 
mərhələnin məqsədi öndəki mərhələdə formal olaraq müəyyən 
edilmiş əməliyyat sisteminin konfiqurasiyasının və əlavə 
müdafiə paketlərinin təhlükəsizlik siyasətinə uyğun həyata 
keçirilməsidir. 
5.
Təhlükəsizlik siyasətinin korreksiya olunması və 
dəstəklənməsi. Bu mərhələdə inzibatçının qarşısında duran 
əsas məsələ təhlükəsizlik siyasətinə nəzarəti yerinə yetirmək və 
lazım gəldikdə müəyyən dəyişiklikləri həyata keçirməkdir. 
Qeyd etmək lazımdır ki, əməliyyat sisteminin müdafiə 
edilməsi üçün xüsusi olaraq hazırlanmış standart hələlik 
yoxdur. 
Əməliyyat 
sisteminin 
müdafiə 
edilməsini 
qiymətləndirmək üçün ümumilikdə kompüter sistemi üçün 
işlənib hazırlanmış standartdan istifadə edilir. 
Adətən əməliyyat sisteminin sertifikatlaşdırılması adekvat 
təhlükəsizlik siyasəti üçün tələblərin tərtib edilməsi ilə 
müşahidə olunur. Adekvat təhlükəsizlik siyasətini müəyyən 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin