İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə223/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   219   220   221   222   223   224   225   226   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 333 ____________________________ 
edən zaman əməliyyat sisteminin administratoru ilk növbədə 
əməliyyat sisteminin konkret hədələrdən müdafiə edilməsinə 
əsaslanmalıdır.
ƏMƏLİYYAT SİSTEMİNİN MÜDAFİƏ 
OLUNMA ALTSİSTEMİNİN ARXİTEKTURASI 
 
ƏMƏLİYYAT SİSTEMİNİN MÜDAFİƏ OLUNMA 
ALTSİSTEMİNİN ƏSAS FUNKSİYALARI 
Əməliyyat sisteminin müdafiə altsistemi əsasən aşağıdakı 
funksiyaları yerinə yetirir. 
1.
İdentifikasiya və autentufikasiya. Heç bir istifadəçi 
özünü identifikasiya etməmiş əməliyyat sistemi ilə işə başlaya 
bilməz. İstifadəçi işə başlayan zaman sistemə autentifikasiya 
olunmuş informasiyanı təqdim etməlidir. Bununla yanaşı 
istifadəçi sistemə onun varlığını (yəni bu doğurdan da həmin 
istifadəçidir) təsdiq edəcək informasiyanı da təqdim etməlidir. 
2.
Məhdudlaşdırılmış əlçatanlıq. Hər bir istifadəçinin 
əməliyyat sisteminin o obyektlərinə əlçatanlığı olur ki, ona cari 
təhlükəsizlik siyasəti həmin obyektlərə əlçatanlığa icazə verir. 
3.
Audit. Əməliyyat sistemi sistemin təhlükəsizliyini 
dəstəkləyən potensial qorxulu xüsusi hadisələr jurnalına 
reaksiya verir.
4.
Təhlükəsizlik siyasətinin idarə edilməsi. Təhlükəsizlik 
siyasəti daim adekvat vəziyyətdə saxlanılmalıdır, yəni əməliyyat 
sisteminin işləməsi şərtlərinin dəyişməsinə çevik reaksiya 
verməlidir. Təhlükəsizlik siyasətinin idarə edilməsi sistem 
administratoru 
(inzibatçı) 
tərəfindən 
həyata 
keçirilir, 
administrator bunun üçün uyğun əməliyyat sisteminə qurulmuş 
vəsaitlərdən istifadə edir. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 334 ____________________________ 
5.
Kriptoqrfaik funksiyalar. İnformasiyanın müdafiə 
olunmasını kriptoqrafik vəsaitlərdən istifadə etmədən təsəvvür 
etmək mümkün deyil. Əməliyyat sistemlərində şifrələmə 
istifadəçinin parollarını və sistemin təhlükəsizliyini, həmçinin 
qorxulu olan digər verilənləri rabitə kanalları vasitəsilə 
ötürülməsi və saxlanması zamanı istifadə olunur. 
6.
Şəbəkə funksiyaları. Müasir əməliyyat sistemləri lokal və 
ya qlobal kompüter şəbəkələrin tərkibində izolə edilməmiş 
işləyirlər. Bir şəbəkəyə daxil olan kompüterlərin əməliyyat 
sistemləri müxtəlif məsələlərin həll edilməsində bir-birinin 
arasında qarşılıqlı əlaqədə olurlar (o cümlədən, o məsələlərin 
həllində ki, onlar birbaşa informasiyanın müdafiəsi ilə 
əlaqəlidirlər). 
Müdafiənin altsistemi adətən vahid proqram moduluna 
malik deyil. Bu baxımdan sadalanmış müdafiə altsisteminin 
funksiyası bir və ya bir neçə proqram modulu ilə həll olunur. 
Bəzi funksiyalar bilavasitə əməliyyat sisteminin nüvəsinə 
quraşdırılırlar (yapışdırılırlar). Odur ki, modullar arasında dəqiq 
interfeys olmalıdır və bu interfeysdən ümumi məsələlərin həll 
edilməsində (modulların qarşılıqlı əlaqəsi yaranan zaman) 
istifadə edilir.
Belə əməliyyat sisteminə Windows əməliyyat sistemini 
nümunə göstərmək olar. Burada müdafiənin altsistemi 
əməliyyat sisteminin ümumi arxitekturasında dəqiq seçilir 
(ayrılır). Amma UNIX əməliyyat sistemində müdafiə funksiyası 
praktiki olaraq əməliyyat sisteminin bütün elementlərinə 
paylanmışdır.
Qeyd etmək lazımdır ki, istənilən əməliyyat sistemi 
standart müdafiəni təmin edirsə, onda həmin əməliyyat sistemi 
öndə sadalanan funksiyaları yerinə yetirməlidir. Adətən 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin