İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə226/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   222   223   224   225   226   227   228   229   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 338 ____________________________ 
AŞIQLAMA

Semafor (ingiliscə semaphore) kodun 
verilmiş sahəsinə daxil ola biləcək axınların sayını 
məhdudlaşdıran obyektdir. Termin ilk dəfə Edsqer Deykstr 
tərəfindən istifadə olunmuşdur. Semaforlar bölünmüş 
yaddaşdan keçən verilənlərin ötürülməsinin müdafiə edilməsi 
və sinxronlaşdırılması üçün istifadə olunur. Bununla yanaşı 
semaforlardan proseslərin və axınların yerinə yetirdikləri 
işlərin sinxronlaşdırılması üçün də istifadə edirlər.
Edsqer 
Vibe 
Deykstr 
(niderlandca 
Edsger 
Wybe 
Dijkstra, 1930-cu ilin may 
ayında Niderlandın Rotterdam 
şəhərində anadan olmuşdur, 
2002-ci ilin avqust ayında 
Hyuenen şəhərində dünyasını 
dəyişmişdir), Niderland alimidir, 
elmi əsərlərı “İnformatika və 
informasiya 
texnologiyaları” 
sahələrinin 
inkişafına 
təsir 
göstərmişdir. E.Deykstr struktur 
proqramlaşdırmanın konsepsi-
yasını hazırlayanlardan biridir, formal 
verifikasiya
və 
paylanmış hesablamaların araşdırıcılarından biri hesab 
edilir. A.Türinq adına mükafata layiq görülmüşdür (1972). 
Verifikasiya (latınca verus – həqiqi, facere – etmək) – 
istənilən nəzəri yolla alınmış verilənlərin təcrübi (empirik) 
yolla alınmışlarla müqayisə edilməsidir, yoxlanmasıdır, 
sinanmasıdır, əsaslandırılmasıdır və s. üsullarıdır. 
Verifikasiya verilənlərin əslliyinin təsdiq olunması aktı və 
ya prosesidir. İnternetdə verifikasiyadan bu və ya digər 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 339 ____________________________ 
saytda qeydiyyat yazıları sahibinin şəxsiliyini təsdiq etmək 
üçün istifadə edirlər. 
Beləliklə, 
obyekt əlçatandır - nəyə görə əlçatanlıq yerinə 
yetirilir, 
subyekt əlçatandır – kimə görə əlçatanlıq yerinə 
yetirilir, 
üsul (metod) əlçatandır – necə əlçatanlıq yerinə yetirilir 
kimi qəbul olunmalıdır. 
Obyekt üçün 
sahib müəyyən oluna bilər. Sahib – cari 
obyektin kimə məxsus olduğunu müəyyən edən, obyektdə olan 
informasiyanın konfidensiallığına cavabdehlik daşıyan, obyektə 
əlçatlıq və obyektin tamlığına görə məsuliyyət daşıyan subyekt 
qəbul olunur. 
Adətən obyektin sahibi avtomatik olaraq cari obyekti 
yaradanı subyekt kimi təyin edir, sonrakı mərhələlərdə isə 
obyektin sahibi obyektə əlçatanlıq üsuluna uyğun olaraq dəyişə 
bilər. Amma sahib qanuna görə başqa subyektlərin cari 
obyektə daxil olmalarına konkret məhdudiyyətin qoyulmasına 
cavabdehlik daşıyır. 
Obyektə əlçatanlıq hüquqi (ixtiyarı) obyektə daxil olmaq 
üçün yerinə yetirilən bir para və ya qrup halında olan üsullar 
adlanır. Məsələn, əgər istifadəçinin faylı oxumağa imkanı varsa, 
onda onun bu faylı oxumağa da ixtiyarı vardır.
Subyektlərin obyektlərə əlçatanlığın məhdudlaşdırılması 
qanunlar toplumundan ibarətdir, toplum hər bir üçlük (subyekt 
– obyekt – üsul) üçün cari subyektin cari obyektə cari üsulla 
daxil olmasına imkan verilməsini müəyyənləşdirir. 
Subyekt obyektə daxil olmaq üçün məhdudlaşdırılmış 
qanunları nəzərə almırsa, onda əlçatanlığı 
superistifadəçi 
adlandırırlar. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin