İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə67/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
Rəqəmsal imzalar. 
Rəqəmsal imzalar informasiyanın həqiqiliyinə nəzarət 
etmək üçün elektron formada istifadə edilən güclü alətdir. 
Rəqəmsal imza elektron verilənlərin tamlığını təmin edir, 
verilənlərin aktuallığını müəyyən etməklə yanaşı müəlliflik 
hüququnu da təsdiqləyir. Rəqəmsal imza verilənlərin 
imzalanması üçün yaradılmış informasiya obyektidir və bu 
verilənlərin tamlığına və mötəbərliliyinə əmin olmağa imkan 
verir. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 104 ____________________________ 
Elektron imza faylda baş verə biləcək xətaların qarşının 
alınması üçün təhlükəsizliyi müəyyənləşdirən elektron 
işarəsidir. Elektron işarə faylı yaradanı yoxlamağa və müəyyən 
etməyə imkan verir. Elektron işarə fayla rəqəmsal imza əlavə 
edildikdən sonra onda baş vermiş dəyişikliyi müəyyən edir. 
Elektron imzanın müxtəlif növləri mövcuddur. 
1.
Birləşdirilmiş elektron imza. Birləşdirilmiş elektron imza 
yaradılan zaman elektron imzanın yeni faylı yaradılır və bu 
faylın daxilinə imzalanacaq faylın verilənləri yerləşdiriılir. Bu 
proses hazırlanmış sənədin konvertə (zərfə) qoyulduqdan sonra 
zərfin 
(konvertin) 
möhürlənməsinə 
bənzəyir. 
Sənədi 
konvertdən çıxaran zaman onun möhürləndiyinə əmin olmaq 
lazımdır. Birləşdirilmış elektron imzanın üstünlüyünə imzalanmış 
sənədin sonrakı mərhələdə istifadəsi zamanı 
manipulyasiya 
(yeni-latın dilində manus - əl, pellere – itələmək, vurmaq, 
hərəkətə gətirmək sözlərindən törəmədir) olunmasının 
sadəliyini aid etmək olar. Yəni həmin sənədin üzünü çıxarmaq, 
harasa göndərmək və s. əməliyyatları yerinə yetirmək olar. 
2.
Ayrılmış elektron imza. Ayrılmış imza yaradan zaman 
imza faylı ayrıca imzalanmış fayldan yaradılır, bu zaman 
imzalanmış fayl heç cür dəyişikliyə uğramır. İmzanı yoxlamaq 
üçün elektron imzalı fayldan istifadə etmək lazımdır. Ayrılmış 
elektron imzanın çatışmazlığı imzalanmış informasiyanın bir 
neşə fayl (imzalanmış fayl kimi və ya bir və ya bir neçə imzalı 
fayl şəkilində) şəkilində saxlanılmasıdır. Sonuncu vəziyyət 
imzanın qəbul edilməsini çətinləşdirir, çünki istənilən 
manipulyasiya əməliyyatında verilənlərin surətinin çəkilməsi və 
asılı olmayan faylların ötürülməsi tələb edilir. 
3.
Verilənlərin daxilində elektron imza. Belə şəkildə 
imzanın tətbiq edilməsi istifadə olunan əlavələrdən asılıdır 
(məsələn, elektron imza Microsoft Word və ya Acrobat Reader 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin