İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə76/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   72   73   74   75   76   77   78   79   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 117 ____________________________ 
 
KRİPTOQRAFİYA PROTOKOLU 
 
 
KRİPTOQRAFİYA PROTOKOLU ANLAYIŞI 
Protokol dedikdə bəzi məsələlərin müştərək həll edilməsi 
üçün iki və daha çox tərəflər arasında qəbul olunan addımlar 
ardıcıllığı başa düşülür. Hər bir addım ciddi ardıcıllıqla yerinə 
yetirilməli və bir məsələnin həlli üçün atılacaq addım digər 
addım ilə əvəz olunmamalıdır. 
Kriptoqrafik protokollar informasiya mübadiləsi zamanı 
müəyyən hərəkətlərin yerinə yetirilməsində istifadə olunur. Bu 
zaman pisniyyətli şəxs tərəfindən iştirakçıların qarşıya 
qoyduqları məqsəd pozula bilər (məsələn, konfidensiallıq, 
tamlıq və ya məlumatın təsdiqi düşmən tərəfindən zərbə 
altında qala bilər). Kriptoqrafik protokolun tərtib edilməsində 
əsas məsələ ondan ibarətdir ki, informasiya mübadiləsi zamanı 
iştirakçıların məqsədi həyata keçsin, amma düşmən isə öz 
məqsədinə çata bilməsin. 
Kriptoqrafik protokol şifrələmədə, xeşləmədə, birtərəfli 
funksiyalarda, təsadüfi ədədlərin generasiyasında geniş istifadə 
edilir. 
AUTENTİFİKASİYA PROTOKOLU 
İstifadəçinin autentifikasiyası dedikdə bir tərəfin 
(yoxlayanın) autentifikasiya prosesindən istifadə etməklə digər 
tərəfin tam eyniliyinə (identiçliyinə) əmin olması başa düşülür. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 118 ____________________________ 
AÇIQLAMA

İdentifikasiya 
(latınca 
identifico) 
eyniləşdirmək, oxşatmaq deməkdir. Kriminal aləmdə həbs 
olunmuş şəxsin şəxsiyyətinin (və ya obyektin) söylənənlər ilə 
eyniləşdirilməsi prosesidir (Məsələn, şəxsin imzasının, əlinin 
izinin, səsinin yoxlanması). İdentifikasıya psixologiya və 
sosialogiya elmində də istifadə olunur. Bu sahədə 
identifikasıya şəxsin digər şəxs ilə emosional baxımdan 
oxşarlığının yoxlanması ilə həyata keçirilir. İdentifikasiyadan 
texnika aləmində, kimyada və s. sahələrdə də istifadə 
olunur.
Biznes lüğətində identifikasıyanın aşağıdakı açıqlanması 
verilir: 
-Fiziki şəxsin məhkəmə prosesində oxşarlığının sübut 
edilməsi prosesidir; 
-Obyektin bəzi etalonlar ilə müqayisə edilməsi 
prosesidir; 
-Şəxsin imzası və digər atributları ilə şəxsiyyətinin 
sübut olunması prosesidir. 
İndiki zamanda identifikasiyadan müxtəlif sahələrdə 
geniş istifadə edilir.
Autentifikasiya protokolu informasiyanı, ozünü başqasının 
(başqa istifadəçinin) yerinə təqdim edən potensial pisniyyətli 
şəxsdən qorumalıdır. 
Autentifikasiya protokolunu üç sinifə bölürlər: 
1.Nəyi isə mənimsəməklə. Ən çox yayılmış variant parolu 
öyrənməkdir. 
2.Nəyəsə malik olmaqla (Məsələn, maqnit kartları, smart-
kartlar və s.). 
3.Dəyişməz xarakteristikalara görə (səs, gözün toru, 
barmaqların izləri). 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin