İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə91/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   87   88   89   90   91   92   93   94   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 138 ____________________________ 
düşmən nə qədər diqqətli olsa da, parolu nə ekranda görəcək, 
nə də ki, onun klaviaturadan yığıldığının şahidi olacaq. Sonrakı 
mərhələdə dialoq pəncərəsinə keçid almaq üçün parolu 
mübadilə buferindən daxil olma sahəsinə gətirmək lazımdır 
(klaviatura üzərindəki Ctrl+V düymələri kombinasiyasını 
sıxmaqla və ya (Вставить контекстного меню-Kontekst 
menyunu daxil et) əmrini seçməklə). Parol o dəqiqə “ulduz” 
şəkilində əks olunacaq. Bir neçə saniyə ötdükdən sonra parol 
avtomatik olaraq mübadilə buferindən kənarlaşacaq. 
Şəkil 13. KeePass Portable proqramının ekrana açılmış 
pəncərəsi 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 139 ____________________________ 
Proqram istifadəçiyə verilmiş uzunluqda olan təsadüfi 
parolu generasiya etməyə də imkan verir. Bununla yanaşı 
istifadəçi proqramın onun üçün yaratdığı parol haqqında 
məlumatsızda ola bilər (yəni parol avtomatık yaradıldığı üçün 
bu barədə istifadəçiyə məlumat verilmir). 
KeePass Portable sistemə qoşulmağı istifadəçidən tələb 
etmir, çünki proqramı fləş qurğusunda gətirib kompüterə daxil 
etdikdən sonra onun işə salınması bilavasitə fləşsiz həyata 
keçirilir. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 140 ____________________________ 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 141 ____________________________ 
 
KOMPÜTER VİRUSLARI VƏ 
ONLARLA MÜBARİZƏ 
 
İstifadəçi İnternetə qoşulan zaman İnternetdən fərdi 
kompüterə daxil olan ziyanverici viruslara qarşı həyata keçirilən 
müdafiə tədbirləri şəbəkələrarası ekranlaşdırıcı avadanlıqların 
köməkliyi ilə yerinə yetirilir. Belə avadanlıqlara nümunə olaraq 
şəbəkələrarası ekran proqramlarını göstərmək mümkündür. 
Hesablama texnikasında
bu tip proqramları 
brandmayer və ya 
Firewall adlandırırlar. 
Brandmayerlərin hansı funksiyanı yerinə yetirməsi onların 
necə sazlanmasından asılıdır. Adətən onlar digər kompüterlərin 
Sizin istifadə etdiyiniz fərdi kompüterin resurslarına daxil olma 
cəhdinin qarşısını alır və Sizin kompüterinizdə istifadə olunan 
proqramlara və İnternetə göndərilən informasiyaya nəzarət 
edirlər. Məsələn, troya adlanan viruslar İnternetdən və ya 
elektron poçtundan Sizin kompüterə daxil olub kompüterinizdə 
olan fayllar haqqında informasiya toplayaraq pisfikirli 
(bədəməlli) kompüter istifadəçisinə göndərir. Burada məqsəd 
müxtəlif ola bilir: heç bir fəaliyyətə ziyan vurmadan mümkün 
kommersiya təkliflərinin qiymətləndirilməsi üçün məlumatların 
toplanması naminə və ya ciddi sənaye cəsusluğu ilə məşğul 
olmaq üçün tutarlı səviyyədə əhəmiyyət kəsb edən 
informasiyaların əldə olunması xatirinə. Belə proqramlar Sizin 
kompüterə daxil etdiyiniz parolları izləməklə yanaşı digər məxfi 
(konfidensial) proqramları da nəzarətdə saxlaya bilir. 
Brandmayerlərdən başqa İnternetlə bağlı təhlükələrin 
qarşısını almaqdan ötrü (cəsus proqramların axtarılması və 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin