İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə99/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   95   96   97   98   99   100   101   102   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 152 ____________________________ 
korlayırdı (tuturdu). Belə fikirləşənlər də var ki, əksər hallarda 
viruslar tamamilə məqsədli şəkildə dağıdıcılıq məqsədi ilə 
yaradılmışdır. 
1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində periodik 
olaraq maynfreymlərdə “dovşan” (The rabbit) adlandırılan 
proqramlar meydana çıxırdı. Bu proqramlar özlərini klonlaşdırıb 
sistem resurslarını zəbt edərək onların məhsuldarlığını aşağı 
salırdı.
Beləliklə, artıq keçən əsrin 70-ci illərində çoxalabilən ilk 
həqiqi viruslar meydana çıxdı. Belə ki, UNIVAC 1108 kompüteri 
Pervading Animal adlı virusa yoluxmuş, IBM 360/370 kompüteri 
isə Christmac tree adlı virusun hücumuna məruz qalmışdı. 
1977-ci ildə ilk Apple fərdi kompüterlərinin istehsal 
olunması və infrastruktur şəbəkəsinin inkişafı ilə əlaqədar 
olaraq yeni viruslar əsrinin başlanğıcı qoyulur. İstifadə üçün 
faydalı proqram şəkilində kompüterə daxil olan ilk barbar-
proqramı (barbar - mədəniyyət abidələrini dağıdan, məhv edən 
adam) kompüter işə düşən kimi istifadəçinin hazırladığı bütün 
məlumatları məhv edirdi. 
Növbəti mərhələ - 1970-ci illərin əvvəlində BBN şirkətinin 
əməkdaşı Bob Tomas tərəfindən özü yerini dəyişən Creeper 
proqramı yaradıldi. Bu proqram RSEXEC altsistemi üçün 
nəzərdə tutulmuşdu və proqramların kompüterlər arasında 
özbaşına yerdəyişə bilməsi imkanını nümayiş etdirməkdən ötrü 
idi. Creeper proqramı ziyanverici deyildi və onun ilk nüsxəsi 
məhv edildi. Amma proqramın yaradılma ideyasına əsaslanaraq 
yaradılan yeni proqram bir kompüterdən digərinə keçə bilən 
virusun yaradılması üçün istifadə edildi. Bu zaman Reaper adlı 
daha bir proqram hazırlandı ki, bu da ilk antivirus proqramı idi. 
Reaper 
kompüterdən-kompüterə 
keçərək 
Creeper-in 
fəaliyyətdə olan nüsxəsini tapıb məhv edirdi. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin