İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


IT WILL GET ON ALL YOUR DISKS



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə102/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   98   99   100   101   102   103   104   105   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

IT WILL GET ON ALL YOUR DISKS 
IT WILL INFILTRATE YOUR CHIPS 
YES, IT'S CLONER 
IT WILL STICK TO YOU LIKE GLUE 
IT WILL MODIFY RAM, TOO 
SEND IN THE CLONER! 
1980-ci illərdə artıq yüzlərlə dəyişilmiş fəal viruslar 
mövcud idi. Fərdi kompüterlərin meydana çıxması və yayılması 
ilə həqiqi epidemiya yarandı. Belə ki, artıq minlərlə virus var idi. 
Lakin “kompüter virusu” termini ilk dəfə 1984-cü ildə ABŞ-ın 
Lexay universitetində keçirilən informasiya təhlükəsizliyi üzrə 
konfransda həmin universitetin əməkdaşı F.Koen tərəfindən 
istifadə edilmişdir. 
İlk “peşəkar” viruslar xeyli sadə idi və istifadəçidən 
gizlənmirdilər, öz dağıdıcı fəaliyyətlərini (faylların silinməsini, 
disklərin məntiqi quruluşunun dağıdılmasını) ekrana çıxardıqları 
gülməli şəkillərlə və “Kilimancaro dağlarının hündürlüyü neçə 
millimetrdir?” kimi mənasız suallarla və “Qeyri-düzgün cavab 
daxil edən kimi vinçesterdəki bütün verilənlər məhv 
ediləcəkdir!!!” kimi yersiz hədələyici zarafatlarla ört-basdır 
edirdilər. Belə virusların aşkar edilməsi asan həll edilən məsələ 
idi. Bu viruslar *.com və ya *.exe tipli fayllara qoşulduğundan, 
həmin faylların ölçülərini dəyişdirirdi. İlk antiviruslar bu cəhəti 
nəzərə alaraq yoluxmuş faylları təyin edirdi. 
1984-cü ilin sentyabrında Fred Koenin 
fayl virusların
müxtəlifliyinin tədqiq edilməsinə həsr edilmiş məqaləsi çap 
edilir. Bu virus problemləri ilə bağlı ilk akademik tədqiqat idi. 
Virus terminindən istifadəni təklif edən Koenin elmi rəhbəri Len 
Adleman olub. Amma “kompüter virusu” termininin müəllifinin 
Fred Koen olduğu qəbul edilmişdir. Fred Koen isə özünün 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 157 ____________________________ 
“Kompüter virusları ilə eksperimentlər” əsərində “kompüter 
virusu” 
termininin 
müəllifinin 
L.Adleman 
olduğunu 
göstərmişdir. 
Fred Koen 
Leonard Adleman 
Apple II üçün digər viruslar A&M Texass universitetinin 
tələbəsi Coo Dellincer tərəfindən 1981-ci ildə yaradılmışdı. Bu 
virus həmin komüterdə istifadə edilən MS DOS 3.3. -ə 
hesablanmışdı. Bu virusun ikinci versiyası onun müəllifinin 
xəbəri olmadan digərlərinin də əlinə keçir və bütün universitetə 
yayılır. Virusda olan səhv o vaxtlar CONGO adı ilə məşhur olan 
populyar oyunun qrafikasını korlayırdı. Nəticədə cəmi bir neçə 
həftə ərzində həmin proqramın bütün (pirat) nüsxələri işləyə 
bilməyən vəziyyətə düşürdü. Müəllif vəziyyəti düzəltmək üçün 
əvvəlki virusun əvəz edilməsi üçün nəzərdə tutulan yeni, səhvi 
düzəldilmiş virusu dövriyyəyə buraxır. Virusun mövcudluğunu 
yaddaşda “(GEN 0000000 TAMU)” yoluxma sayğacının $B6E8 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin