İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə110/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   106   107   108   109   110   111   112   113   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 169 ____________________________ 
neçə səviyyəsi və düzəliş (otladka) əleyhinə fəndlər tətbiq 
edilmişdi.
AÇIQLAMA

Stels-virus (ingiliscə stealth virus – 
gözəgörünməyən virus) sistemdə öz varlığını tam və ya 
hissə-hissə gizlədir. Stels-virus əməliyyat sisteminə müraciət 
etdikdə, oxuma əməliyyatı yerinə yetirildikdə, əlavə 
informasiyanı yoluxmuş obyektlərdən oxuyanda (məsələn, 
yükləmə sektorlarından, fayl sistemi elementlərindən
yaddaşdan və buna bənzərlərdən) özünü biruzə verir. 
Stels-aiqoritmlərin istifadə olunması viruslara imkan 
verir ki, onlar sistemdə özlərini tam və ya hissə-hissə 
gizlətsinlər. Ən çox stels-alqoritm yoluxmuş obyektlərdə 
“oxu/yaz” əmri yerinə yetirildikdə yayılır. Stels-virusu 
istənilən zaman müvəqqəti müalicə etmək olur və yaxud da 
ona imkan verirlər ki, o, özünü informasiyanın yoluxmamış 
hissəsi kimi aparsın.
1990-cı ildə Bolqarıstanda dünya üzrə ilk dəfə 
ixtisaslaşdırılmış (xüsusi) BBS (Bulletin Board System – elektron 
elanlar lövhəsi) yaradılır. Arzu edən hər kəs lövhədən yeni virus 
proqramını köçürə bilərdi. Elə həmin dövrdə virus yazmaq 
məsələlərinə həsr edilən Usenet konfransları fəaliyyət 
göstərməyə başlayır. Həmin il Mark Lüdviqin “Kompüter 
virusları haqqında kiçik qara kitab”ı çap edilir.
Kompüter viruslarının qarşısının alınması problemi iri 
kompaniyaların da diqqətini cəlb edir. 
1991-ci ilin əvvəlində Tequila adlı yükləmə virusu kütləvi 
epidemiyaya səbəb oldu. 1991-ci ilin yayında ilk link-virus 
peyda oldu və peyda olan kimi də epidemiyaya səbəb oldu. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 170 ____________________________ 
1991-ci ildə öz bədəninin şəklini dəyişə bilən 
polimorf 
viruslar meydana çıxdı. Windows 95 əməliyyat sistemi praktiki 
olaraq belə hücuma hazır olduğunu bildirdi və firma Windows 
95 əməliyyat sisteminin beta-versiyasını 160 testediciyə 
payladı. Kompütredə istifadə olunan diskləri antivirusa 
yoxlayan firma əməkdaşı bütün disklərin Form adlanan 
yükləyici virusla yoluxduğunun şahidi oldu. Halbuki, prinsipcə 
yeni əməliyyat sisteminin (Windows 95-in) ilkin təqdimatına 
həsr edilmiş mərasimdə onun hər cür virusdan tamamilə 
qorunduğu bildirilmişdi. Bir-neçə aydan sonra bu fikir alt-üst 
oldu.
QEYD

Polimorfizm (yunanca πολυ - çoxlu + μορφή - 
forma, xarici görünüş) kompüter viruslarının skan-sətir (və 
ya evristika) vasitəsilə aşkarlanmasını çətinləşdirən 
texnikadır. Belə texnikadan istifadə edən virus polimorf 
adlanır.
Microsoft Word sənədlərini yoluxduran ilk 
makrovirus
aşkar edildi. Bu, artıq sadəcə qeyri-adi şəkildə icra edilən fayl 
deyil, xüsusi ssenari idi. Bir ay ərzində “
Concept” adlı 
makrovirus bütün Yer kürəsini dolaşaraq dünyada onlarla 
şirkətin mətn redaktorunu iflic etmişdi. Bugün Concept 
virusunun 100-ə yaxın modifikasiyası mövcuddur. 
QEYD

Makroviruslar çoxalma mexanizminə görə fayl 
viruslarından fərqlənmirlər. Bunların əsas xüsusiyyəti icra 
edilən faylları deyil, müəyyən formatda olan populyar 
sənədləri yoluxdurmaqdır. Virusun təhlükəli olmasının digər 
cəhəti ondan ibarətdir ki, istifadəçi əksər hallarda onu virusa 
yoluxmuş sanədlərlə birlikdə alır və kompüterini virusa 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin