İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə112/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   108   109   110   111   112   113   114   115   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 173 ____________________________ 
Word üçün ilk Concept adlı virus peyda oldu və bu virus bir 
neçə həftə ərzində butün dünyaya yayıldı. 
1995-ci ildə firma Microsoft Windows-95 əməliyyat 
sistemini disketlərdə istehsaldan buraxır. Artıq əməliyyat 
sistemi virusa yoluxmuş idi.
1996-cı ildə Tom Neff müxtəlif BBS-lər üzrə “Təhlükəli 
yükləmə proqramlarının siyahısı”nı yaymağa başlayır və bu 
siyahıya həmin dövr üçün məşhur olan vandal proqramların 
adları daxil edilir. Sonralar aşkar edilmiş troya proqramlarının 
və MS-DOS üçün “sındırılmış” (və ya adları dəyişdirilmiş) 
kommersiya proqram təminatının surətləri daxil edilmiş həmin 
siyahı qışa formada “çirkli sıra” («грязная дюжина») adı ilə 
geniş istifadə edilməyə başlanır.
1996-cı ilin iyununda OS2.AEP virusu yayılmağa başlayır. 
Bu OS/2 əməliyyat sisteminin EXE-fayllarını nəzakətlə 
yoluxduran ilk virus idi. Bu vaxta kimi ancaq OS/2 əməliyyat 
sistemi üçün təkcə kompanion-viruslara rast gəlinmişdi.
Belə güman edilir ki, Unix əməliyyat sistemləri ailəsi üçün 
ilk viruslar eksperimentlərin aparılması fonunda (gedişində) 
Fred Koen tərəfindən yazılıb. 1980-ci illərin sonunda virusların 
“Sh” dilində ilkin mətnləri çap edilir.
Linux əməliyyat sistemi üçün ilk virus (Bliss) 1996-cı ilin 
sentyabrinda aşkar edildi. 1996-cı ilin oktyabrında viruslara 
həsr edilmiş elektron jurnalda (VLAD) Staog virusunun ilkin 
mətni dərc edilir. 1995-ci ildə Mark Lüdviqin “The Giant Black 
Book of Computer Viruses” adlı kitabı dərc edilir və həmin 
kitabda FreeBSD üçün Snoopy virusunun ilkin mətni verilir. 
Snoopy və Bliss virusları C (Si) dilində yazılmışdı və praktik 
olaraq minimal dəyişdirmə ilə ixtiyari Unix əməliyyat sisteminə 
oxşar əməliyyat sistemlərinə keçə bilirdi. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin