İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə114/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   110   111   112   113   114   115   116   117   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 175 ____________________________ 
6/7-ni yoluxduran ShareFun makrovirusu geniş yayılır. Bu virus 
çoxalmaq üçün həm MS Word-ün standart imkanlarından 
istifadə edir, həm də öz surətlərini yaymaq, həmçinin İnternet 
vasitəsi ilə göndərmək üçün MS-Mail elektron poçtdan istifadə 
edir. Bu proqramı haqlı olaraq ilk mail-soxulcan hesab etmək 
olar. Həmin ilin iyun ayında Windows 95 əməliyyat sisteminin 
işinə maneçilik edən (əngəl törədən) özüşifrələnən virus 
yaradılır.
1997-ci ilin aprelində yayilmasından ötrü File Transfer 
Protocol (FTP) – dən istifadə edən ilk şəbəkə soxulcanı 
yaradıldı. 
1997-ci ilin dekabrında isə şəbəkə viruslarının yeni forması 
olan mIRC soxulcanları meydana gəldi. 
1998-ci ilin əvvəlində Win32.HLLP.DeTroie viruslar ailəsi 
epidemiya yaratdı. Bu viruslar yerinə yetirilən fayllara 
yoluxmaqla barabər öz “sahibinə” yoluxan kompüter haqqında 
informasiya da göndərirdi.
1998-ci ildə Kaliforniyalı iki yeniyetmə virus hazırlayır və 
bu virusla Pentaqonun 500-dən artıq kompüterini yoluxdurur. 
1998-ci ilin fevralında Excel prposessorunda istifadə 
olunan düsturları yoluxduran virusun daha bir yeni forması – 
Excel4.Paix virusu aşkar edildi. 1998-ci ilin martında Microsoft 
Access üçün ilk AccessiV virusu, eləcə də MS Office: Access və 
Word kimi iki müxtəlif əlavəni yoluxduran Cross adlı ilk virus
onların ardınca isə öz kodunu bir Office-əlavədən digərinə 
keçirən daha bir neçə makrovirusu yaradılır.
1998-ci ilin fevral-mart aylarında ilk polimorf Win32-
viruslarla (Win95.HPS və Win95.Marburq) insident qeyd edildi. 
1998-ci ilin mayında RedTea.n epidemiyası başladı. Bu virus 
Windows-un EXE-fayllarına yoluxurdu və yoluxan faylları 
Eudora elektron poçtu ilə istifadəçilərə yayırdı.



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin