İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə122/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   118   119   120   121   122   123   124   125   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 186 ____________________________ 
Bu termin hal-hazırda kompüterdəki nasazlıqları aradan 
qaldırmaqla bağlı işləri ifadə edir. 
1949-cu il. 
Milliyyətcə macar olan amerika alimi Con fon Neyman 
(John von Naumann) özütörəyən proqramların yaradılmasının 
riyazi nəzəriyyəsini işləyib hazırladı. Bu, kompüter virusu 
yaratmaq üçün hazırlanan ilk nəzəriyyə idi (bu, o dövrdə elmi 
ictimaiyyətin ciddi marağına səbəb olmamışdı).
1950-ci il. 
Bell şirkətinin tədqiqat bölməsinin riyaziyyatçı əməkdaşları 
oyun düzəltdilər. Bu oyun iki rəqibin kompüter sahəsini ələ 
keçirmək uğrunda mübarizəsini təsvir edirdi. Bu oyun virusların 
əcdadı oldu. 
1960-cı illərin sonu. 
İlk virusların peyda olması. Bir sıra hallarda bunlar 
proqramlardakı səhvlərlə bağlı idi. Belə ki, bəzi proqramlar 
səhvən özünü nüsxələşdirib yaddaşı (vinçesteri) doldururdu. 
Nəticədə kompüterin məhsuldarlığı aşağı düşürdü. Lakin çox 
hallarda viruslar bilərəkdən pozuculuq üçün yaradılırdı. Çox 
güman ki, gerçək virusun ilk qurbanı əyləncə üçün yazılmış 
proqram idi ki, bunun da qurbanı Univac 1108 kompüteri 
olmuşdur. Bu virus Pervading Animal adlanırdı və hansı 
kompüterdə yaradılmışdısa, həmin kompüteri sıradan 
çıxarmışdı. 
1975-ci il. 
Telnet şəbəkəsi vasitəsilə tarixdə ilk şəbəkə virusu The 
Creeper yayıldı. Bu virusa qarşı ilk antivirus olan The Reeper 
yaradıldı. 
1979-cu il. 
Xerox şirkətinin tədqiqat mərkəzinin mühəndisləri ilk 
kompüter “qurdu” (worm) yaratdılar. 


 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 187 ____________________________ 
1981-ci il. 
Elk Cloner virusu Apple kompüterlərini yoluxdurdu. Bu 
virus “oğurluq” kompüter oyunları ilə yayılmışdı. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin