İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ
________________________ 191 ____________________________
münaqişədən sonra antivirus proqramlarına
tələb kəskin
şəkildə artdı.
2000-ci il.
Melissa virusunun rekordunu I Love You! virusu qırdı. Bu
virus bir-neçə saat ərzində milyonlarla kompüteri yoluxdurdu.
İstintaq aşkar etdi ki, bu virusu filippinli tələbə yazıb və heç bir
cəza almayıb. Çünki Filippin qanunları bu cür əməllər üçün heç
bir cəza nəzərdə tutmamışdı. Həmin il kompüter viruslarına
qarşı beynəlxalq razılaşma imzalandı.
DOS-a edilmiş hücumlar nəticəsində onlarla populyar
saytlar, o cümlədən, Yahoo, eBay, Amazon şəbəkədən vurulub-
çıxarıldı, çünki İnternet-server elə böyük yüklənmələrə məruz
qaldı ki, sonda server imtina edəsi oldu.
Hücum mexanizmi
belə idi: 10 minlərlə kompüter yoluxduruldu ki, bunun
nəticəsində də hücuma məruz
qalan saytlar şəbəkədən
vurulub-çıxarılsın. İstintaq göstərdi ki, hücum Kaliforniya
universitetinin
tədris
mərkəzində
istifadə
olunan
kompüterlərdən həyata keçirilmişdir.
Lakin ziyankarlar aşkar
edilmədiyindən məsələ həll edilməmiş qaldı.
2001-ci il.
20 yaşlı hollandiyalı Yan De Wit Anna Kornikova adlı
məşhur virus yaratdığına görə mühakimə edilərək 150 saatlıq
islah işləri ilə məşğul olmağa məcbur edildi. Məhkəmə etiraf
etdi ki, bu virusun Niderland iqtisadiyyatına vurduğu ziyanı
dəqiq müəyyən etmək mümkün deyildir. De Vitdən 7,5 minlik
virus kolleksiyası da müsadirə edildi. De Vit hakimə bildirdi ki,
yazdığı proqramın virus olduğundan
və belə bir ziyan vura
biləcəyindən xəbəri olmamışdır.
Dostları ilə paylaş: