İnformasiya təHLÜKƏSİZLİYİ (DƏrsliK)


İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə133/257
tarix10.09.2023
ölçüsü5,85 Mb.
#142453
növüDərslik
1   ...   129   130   131   132   133   134   135   136   ...   257
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ 
________________________ 204 ____________________________ 
Koreya, Niderland, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və 
Kanadada nümayəndəlikləri var. Kampaniya özünün partnyorlar 
(tərəfdaşlar) şəbəkəsində dünyanın 60-dan çox ölkəsində 
yerləşən 500-dən çox kompaniyanı birləşdirir.
“Kasperskinin Laboratoriyası” kompüter viruslarından, 
spamlardan və xaker hücumlarından müdafiə sistemlərinin 
yaradılması üzrə ixtisaslaşmışdır. Bu kompaniya İnternetlə 
yayılan təhlükələrdən informasiyanın müdafiə edilməsi üçün 
tətbiq edilən proqram təminatının satışından əldə edilən gəlirin 
həcminə görə dünya üzrə beş aparıcı kompaniyadan biridir. 
Kompaniya genişlənir və inkişaf edir. Bu laboratoriyanın təkcə 
Moskva ofisində çalışan əməkdaşlarının sayı 1500-dən, 
əməkdaşlarının ümumi sayı isə 2500-dən çoxdur.
Kasperskinin laboratoriyası həm adi, həm də ixtiyari 
miqyasa malik olan korporativ şəbəkələrdə informasiyanın 
təhlükəsizliyini təmin edən proqram təminatı hazırlayır. 
Kompaniyanın məhsullarından Windows, Linux, Mac və s. kimi 
populyar əməliyyat sistemlərində də istifadə edilir. Kasperskinin 
antivirus proqramının nüvəsindən Microsoft (ABŞ), Cheek Point 
Softwre Texnologies (İsrail, ABŞ), Juniper (ABŞ), Nokia İCG 
(ABŞ), F-Secure (Finlandiya), Aladdin (İsrail), Subari (ABŞ), 
Deerfield (ABŞ), Alt-N (ABŞ), Microworld (Hindistan), 
BorderWare (Kanada) və s. kompaniyalar öz məhsullarının 
hazırlanmasında istifadə edirlər. “Kasperskinin Laboratoriyası” 
kompaniyasının məhsulları Microsoft, IBM, Intel, Cisco 
Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi dünyanın 
aparıcı aparat və proqram təminatı istehsalçılarının 
sertifikatlarını almışdır. 
1990-ci illərin əvvəllərinə kimi antivirus proqramları virus 
kodunun nümunələrindən (onlarla siqnaturadan) ibarət olurdu. 
1992-ci ildə polimorf kod generatoru MtE meydana gələndən 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   257




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin